logo

Vergi İşləri üzrə Şöbə Müdiri

  • Kateqoriya: Maliyyə
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 11959
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 04.04.2025
  • Elanın bitmə tarixi: 04.05.2025

Namizədə tələblər

  • Təhsil: Ali (maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə);
  • Təcrübə: Müvafiq sahədə ən azı 3-5 il iş təcrübəsi;
  • Sertifikat: PMS – Orta və iri sahibkarlıq fəaliyyəti üzrə sertifikat arzuolunandır;
  • Vergi, gömrük, mülki və əlaqəli qanunvericilik üzrə biliklər;
  • Yüksək səviyyədə analitik düşüncə və təhlil bacarığı;
  • Detallara diqqət, dəqiqlik, məsuliyyətlilik və peşəkar etibarlılıq.
İş haqqında məlumat
  • Şirkətin fəaliyyətinə uyğun olaraq vergi strategiyasının formalaşdırılması və həyata keçirilməsi, vergi risklərinin idarə olunması;
  • Mövcud vergi qanunvericiliyi çərçivəsində Sadələşdirilmiş, Gəlir, ƏDV, ÖMV və Mənfəət bəyannamələrinin vaxtında, düzgün və tam şəkildə hazırlanaraq təqdim olunmasının təmin edilməsi;
  • Vergi orqanları və digər aidiyyəti dövlət qurumları ilə rəsmi yazışmaların, yoxlamaların və məlumat mübadiləsinin idarə olunması;
  • Debitor və kreditor borcları üzrə uçotun aparılması, qarşılıqlı üzləşmələrin təşkili və hesabatlılığın təmin edilməsi;
  • Şirkətin müxtəlif bölmələrinə (mühasibatlıq, hüquq, əməliyyat və s.) vergi və fiskal mövzularda məsləhət və metodik dəstəyin göstərilməsi;
  • Vergi qanunvericiliyindəki dəyişikliklərin izlənilməsi və bu dəyişikliklərin daxili proseslərə tətbiqi ilə bağlı təkliflərin hazırlanması;
  • Vergi hesabatları və sənədlərin audit yoxlamalarına hazırlığı və nəzarəti, uyğunluq risklərinin minimuma endirilməsi.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Vergi İşləri üzrə Şöbə Müdiri" yazaraq göndərmələri xahiş olunur.

 

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: