
OBA Marketlər Şəbəkəsi
Vakansiya sayı: 3
- Əlaqə nömrəsi: +994 50 224 50 66
- E-poçt: info@oba.az
- Vebsayt: www.oba.az
- Ünvan: Bakı şəh., Hüseyn Cavid pr. 202, D blok
Şirkət haqqında
“OBA Market” MMC Azərbaycanda fəaliyyət göstərən qonşu marketlər şəbəkəsidir. Şirkətin hal-hazırda 1200-ə yaxın marketi fəaliyyət göstərir. Market sayına görə “OBA Market” MMC Azərbaycanın 1 nömrəli marketlər şəbəkəsidir. Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC yeni-diskaunt market konsepsiyası ilə 2016-cı ildə Azərbaycanda pərakəndə satış bazarına daxil oldu. Şəbəkənin yaradılmasında əsas hədəf gündəlik tələbat məhsullarını mümkün olan aşağı qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir. 2020-ci ildən etibarən, çeşid sayını dəfələrlə artıran “OBA” Market öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir.