- Kateqoriya: Müxtəlif
- Şəhər: Sumqayıt
- İş təcrübəsi: 3-5 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Nahar: Bəli verilir
- Sığorta: Bəli olunur
- Elan ID: 17190
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 31.07.2026
- Elanın bitmə tarixi: 30.08.2026
Namizədə tələblər
- İnsan Resurslarının İdarə Edilməsi, Biznesin İdarə Edilməsi, Psixologiya və ya digər uyğun ixtisas üzrə ali təhsil;
- İşə qəbul və təlim-inkişaf sahəsində minimum 7 il, rəhbər vəzifədə isə minimum 3 il iş təcrübəsi;
- Müasir işə qəbul metodları, müsahibə texnikaları və kompetensiya əsaslı qiymətləndirmə üzrə biliklər;
- Təlim ehtiyaclarının təhlili, təlim proqramlarının hazırlanması və effektivliyinin qiymətləndirilməsi sahəsində təcrübə;
- Əmək Məcəlləsi və HR prosesləri üzrə yaxşı biliklər;
- MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- HRIS/ERP sistemləri ilə işləmək təcrübəsi;
- Azərbaycan dilini mükəmməl, ingilis dilini isə yaxşı səviyyədə bilmək üstünlükdür.
İş haqqında məlumat
İş yeri: Sumqayıt şəhəri
Vəzifə öhdəliyi:
- Şirkətin işə qəbul və təlim-inkişaf strategiyasını hazırlamaq, icrasını təmin etmək və davamlı olaraq təkmilləşdirmək;
- İşçi qüvvəsinə olan ehtiyacları təhlil etmək, işə qəbul planını hazırlamaq və icrasına nəzarət etmək;
- Vakansiyaların vaxtında və keyfiyyətli şəkildə bağlanmasını təmin etmək, işə qəbul prosesinin bütün mərhələlərini idarə etmək;
- İşə qəbul komandasının fəaliyyətini planlaşdırmaq, koordinasiya etmək və performansını qiymətləndirmək;
- Namizəd bazasının inkişaf etdirilməsi, əmək bazarının və rəqib şirkətlərin təhlilinin aparılması üzrə fəaliyyətləri təşkil etmək;
- Müsahibə, qiymətləndirmə və seçim metodologiyalarının hazırlanmasını və tətbiqini təmin etmək;
- Təlim ehtiyaclarının müəyyənləşdirilməsi prosesini təşkil etmək və illik təlim planını hazırlamaq;
- Daxili və xarici təlim proqramlarının təşkili, icrası və effektivliyinin qiymətləndirilməsini təmin etmək;
- Yeni işçilərin adaptasiya (Onboarding) proqramlarını hazırlamaq və icrasına nəzarət etmək;
- Karyera inkişafı, ehtiyat kadr (Succession Planning) və istedadların idarə olunması proseslərində iştirak etmək;
- Universitetlər, təlim mərkəzləri və digər tərəfdaşlarla əməkdaşlıq əlaqələrini qurmaq və inkişaf etdirmək;
- İşə qəbul və təlim fəaliyyəti üzrə KPI-ları müəyyən etmək, nəticələri təhlil etmək və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
- HR ERP sistemləri və rəqəmsal alətlərdən istifadə etməklə proseslərin optimallaşdırılması və avtomatlaşdırılması istiqamətində təşəbbüslər irəli sürmək;
- Şöbənin büdcəsini planlaşdırmaq və səmərəli idarə etmək.
İş qrafiki:
- 5 günlük qrafik;
- İş saatı: 09:00-18:00.
Əmək haqqı: Namizədin bilik və bacarığına əsəsən təyin olunur
Üstünlüklərimiz:
- Nahar;
- Servis;
- Könüllü tibbi sığorta;
- Korporativ nömrə və telefon danışıq limiti.
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Təlim İnkişaf və İşə qəbul şöbə müdiri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər
Oxşar vakansiyalar
Awards Print
Çap və poliqrafiya üzrə müdir
Maaş: 2500 AZN
10.08.2026
Bakı
270
Jet Sharing
Skaut gecə növbəsi
Maaş: 700 AZN
10.08.2026
Bakı
281
North West
Torpaq işləri üzrə iş icraçısı (Qarabağ)
Maaş: Müsahibə əsasında
10.08.2026
Bakı
232
R
Retems Logistics LLC
Logistika üzrə mütəxəssis
Maaş: 1000 - 1500 AZN
28.07.2026
Bakı
327
ATA PACK MMC
Keyfiyyətə nəzarət üzrə mütəxəssis
Maaş: Müsahibə əsasında
27.07.2026
Bakı
313