logo

ATS Food

Vakansiya sayı: 1

Şirkət haqqında

 “ATS Food” Məhdud Məsuliyyətli Cəmiyyət 1999 – cu ildə təsis edilmişdir. Müəssisə hazırda öz fəaliyyət sahələri istiqamətində Azərbaycan bazarında əhəmiyyətli yer tutmaqdadır. 


 “ATS Food” MMC – də çoxillik iş təcrübəsinə malik, ixtisaslaşmış 1120 nəfər işçi qüvvəsi çalışır. Gündəlik istehlak məhsullarına olan təlabatın təmin edilməsi məqsədi ilə Bismak və Çörəkçi olmaqla iki böyük zavodu fəaliyyətdədir.


 “ATS Food” MMC – nin istehsal müəssisələrində istehsal olunan məhsulların əsas xüsusiyyətləri:


Uyğun qiymətə keyfiyyətli məhsullar;

Gigiyenik qablaşdırma;

Çeşid müxtəlifliyi;

Təbii məhsullardan hazırlanma;

Konservantsız;

Dadlı, keyfiyyətli, doyumlu, faydalı;

Ailəvi, etibarlı.

 


İstehsalı ilə məşğul olduğumuz məhsullar keyfiyyətlidir, çünki:


Əməkdaşlara mütamadi sanitar – gigiyenik norma tələblərinə əməl olunması barədə təlim verilir;

İstehsalatda kritik nəzarət nöqtələri müəyyənləşdirilir;

İstehsalın hər bir mərhələsinə nəzarət sistemi tətbiq olunur;

Qabaqlayıcı və tənzimləyici fəaliyyətlərin idarə olunması nəticəsində aşkarlanmış uyğunsuzluqlar dərhal aradan qaldırılır.

 


Missiyamız


Peşəkar komandamız sayəsində keyfiyyətli məhsulları zamanında əl çatan edərək, hər bir ailənin istehlak səbətində iştirak etmək.


 


Vizyonumuz


Tərəfdaşlarımız arasında etibarlı şirkət mövqeyini qorumaqla, bütün yaş qruplarında ən böyük alıcı kütləsinə sahib olmaq.


 


Dəyərlərimiz


 Davamlı və dayanıqlılıq

 Məsuliyyətliyik

 Şəffaflıq

 Etibarlılıq

 Effektivlik

 Məmnuniyyət

 Keyfiyyət

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: