logo

Çap və poliqrafiya üzrə müdir

  • Kateqoriya: Müxtəlif
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: 2500 AZN
  • Yaş: 28 - 40
  • İş rejimi: Tam-ştat
  • Namizəd: Bəy
  • Elan ID: 17222
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 10.08.2026
  • Elanın bitmə tarixi: 09.09.2026

Namizədə tələblər

  • Kişi namizədlər
  • 28–40 yaş aralığı
  • Çap, poliqrafiya və ya print sahəsində minimum 3 il iş təcrübəsi
  • Komanda idarə etmək bacarığı
  • Güclü planlama və təşkilatçılıq qabiliyyəti
  • Kriz və stresli vəziyyətlərdə operativ qərar qəbul etmək bacarığı
  • Korporativ və fərdi satış sahəsində təcrübə
  • Müştərilərlə düzgün kommunikasiya və danışıqlar aparmaq bacarığı
  • Korporativ görüşlərdə iştirak və təqdimat aparmaq bacarığı
  • Dizayn sahəsində praktiki təcrübə və çap məhsullarının hazırlanma prosesini anlamaq
  • Liderlik və problem həll etmə bacarığı
  • Nəticəyönümlü və məsuliyyətli yanaşma
  • MS Office proqramları ilə işləmək bacarığı
İş haqqında məlumat

Çap və poliqrafiya sahəsində təcrübəli, komanda idarəçiliyində bacarıqlı və nəticəyönümlü Müdir axtarırıq.

 

Vəzifə öhdəlikləri

  • Şirkətin gündəlik fəaliyyətinin idarə olunması və iş proseslərinin koordinasiyası
  • Çap, print və istehsal proseslərinin planlaşdırılması və nəzarətdə saxlanılması
  • Komandanın iş bölgüsünün aparılması və fəaliyyətinin idarə edilməsi
  • Sifarişlərin vaxtında və keyfiyyətli icrasına nəzarət
  • Korporativ və fərdi müştərilərlə görüşlərin keçirilməsi və satış prosesində iştirak
  • Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri əlaqələrinin inkişaf etdirilməsi
  • Satış və istehsal planlarının hazırlanması və icrasının təmin edilməsi
  • İş prosesində yaranan problemlərin operativ həlli və kriz vəziyyətlərinin idarə olunması
  • Şirkətin inkişafı üçün yeni ideya və təkliflərin hazırlanması
  • Dizayn və çap proseslərinin texniki xüsusiyyətlərini anlayaraq işə nəzarət
  • Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi

 

İş şərtləri

  • İş günləri: Həftə içi 6 gün
  • İş saatları: Bazar ertəsi–Cümə: 09:00–18:00
  • Şənbə: 10:00–16:00
  • Əmək haqqı: 2500 AZN + bonus

 

Maraqlanan şəxslərdən xahiş olunur ki, CV-lərini “Çap və poliqrafiya üzrə müdir” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim etsinlər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: