logo

Smeta mühəndisi

  • Kateqoriya: Sənaye və kənd təsərrüfatı
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 16757
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 15.04.2026
  • Elanın bitmə tarixi: 15.05.2026

Namizədə tələblər

  • Ali təhsil (İnşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə)
  • Minimum 3-5 il müvafiq iş təcrübəsi
  • Tikinti norma və qaydaları, smeta metodologiyası üzrə biliklər
  • AutoCAD, MS Excel və smeta proqramlarında işləmə bacarığı
  • Analitik düşünmə, rəqəmlərlə işləmə bacarığı və detallara diqqət
  • Azərbaycan dilini mükəmməl bilmək , rus və ya ingilis dili bilikləri üstünlükdür

 

Üstünlüklər:

  • Böyük həcmli tikinti layihələrində iş təcrübəsi
  • Beynəlxalq standartlarla (məsələn, FIDIC müqavilələri) tanışlıq
  • Güclü hesablama və maliyyə analizi bacarıqlar
İş haqqında məlumat
  • Layihə üzrə BOQ (Bill of Quantities) hazırlanması və təhlili
  • Layihə cizgiləri və texniki spesifikasiyalar əsasında iş həcmlərinin hesablanması
  • Material, işçilik, texnika və digər xərclərin smetaya daxil edilməsi
  • Bazar qiymətlərinin araşdırılması və qiymət bazasının formalaşdırılması
  • Podratçı və təchizatçılardan qiymət təkliflərinin toplanması və müqayisəli təhlili
  • Layihə üzrə ilkin və detallı smeta hesablamalarının hazırlanması
  • Faktiki xərclərlə planlaşdırılmış smeta arasındakı fərqlərin analizi
  • Dəyişikliklər (variation orders) üzrə əlavə xərclərin hesablanması və sənədləşdirilməsi
  • Tender sənədlərinin hazırlanmasında iştirak
  • Layihə menecerləri, mühəndislər və digər əlaqəli şöbələrlə koordinasiya

 

Əlavə məlumatlar:

  • 5 günlük iş həftəsi (Bazar ertəsi – Cümə), saat 09:00 – 18:00
  • Əmək haqqı: Razılaşma əsasında (müsahibə zamanı müəyyən ediləcək)

 

Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Smeta mühəndisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.  

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: