- Kateqoriya: Sənaye və kənd təsərrüfatı
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Texniki təhsil
- İş rejimi: Tam-ştat
- Elan ID: 16629
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 17.03.2026
- Elanın bitmə tarixi: 16.04.2026
Namizədə tələblər
İş hesabatlarının təqdim edilməsi:
Gördüyü işlər barədə gündəlik və ya həftəlik texniki hesabatlar təqdim etmək. İstifadə olunan ehtiyat hissələri və alətlər barədə qeydlər aparmaq
Tələblər:
- İHS (istilik, havalandırma, soyutma), Mexanika mühəndisliyi və ya əlaqəli sahə üzrə peşə və ya texniki təhsil.
- İHS sistemləri, xüsusilə VRV, Rooftop və Split qurğularla minimum 2-3 il praktiki iş təcrübəsi.
- İHS sistemlərinin işləmə prinsipləri, texniki xidmət, diaqnostika və nasazlıqların aradan qaldırılması sahəsində güclü bilik.
- İHS təmir və quraşdırma üçün lazım olan texniki alət və avadanlıqlardan istifadə bacarığı.
- Əmək təhlükəsizliyi, yanğın təhlükəsizliyi və yüksəklikdə işləmə qaydaları barədə yaxşı anlayış.
- Yüksəklikdə və fiziki güc tələb edən şəraitdə işləmək qabiliyyəti.
- Elektrikçi və avtomatika texnikləri daxil olmaqla texniki heyətlə effektiv əməkdaşlıq bacarığı.
- Sadə texniki problemləri tez müəyyən edib aradan qaldırmaq bacarığı.
- Texniki xidmət fəaliyyəti, istifadə olunan ehtiyat hissələri və sistem vəziyyəti barədə hesabat tərtib etmək bacarığı.
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; Rus və ya İngilis dili üstünlükdür.
İş haqqında məlumat
Avadanlıqların gündəlik texniki baxışı və monitorinqi:
- Marketlərdə quraşdırılmış VRV, Rooftop və Split sistemlərin gündəlik texniki vəziyyətini yoxlamaq. Temperatur, hava axını, səs və titrəmə səviyyələrini müşahidə edərək mümkün nasazlıqların qarşısını almaq. Filtrlərin, drenaj borularının, fan və kompressorların işləkliyini təftiş etmək.
İlkin texniki diaqnostika və nasazlıqların aradan qaldırılması:
- Sistemlərdə baş verən sadə nasazlıqları (kontakt qırılması, bağlantı boşluğu, su sızması və s.) operativ şəkildə aradan qaldırmaq. Ciddi texniki problemlər barədə dərhal HVAC mütəxəssisinə məlumat vermək.
Təmir və xidmət proseslərində fəal iştirak:
- Müntəzəm texniki xidmət və təmir əməliyyatlarında iştirak etmək, avadanlıqların sökülməsi, təmizlənməsi, yenidən quraşdırılması işlərini yerinə yetirmək. Texniki heyətlə birlikdə preventiv və cari təmir planlarını icra etmək.
Quraşdırma işlərində texniki dəstək:
- Yeni avadanlıqların quraşdırılması zamanı mexaniki işlərdə aktiv iştirak etmək. Kabel bağlantıları, havalandırma xəttləri və konsol bərkidilməsi kimi işləri yerinə yetirmək.
SƏTƏM qaydalarına əməl:
- İcra etdiyi bütün işlərdə əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və qaz sızmasının qarşısının alınması üzrə tədbirlərə riayət etmək. Fərdi mühafizə vasitələrindən (dəbilqə, qoruyucu eynək, əlcək, respirator) mütəmadi istifadə etmək. Təhlükəli şərait və ya qəza potensialı olan hallar barədə dərhal rəhbərliyə məlumat vermək.
Yüksəklikdə və qaldırıcı qurğularda işləmə qaydaları:
1,2 metr və yuxarı yüksəkliklərdə yalnız qoruyucu kəmər, təhlükəsizlik ayaqqabısı və dəbilqə ilə işləmək. Qaldırıcı qurğularda (avtokaldırıcı, səbət, tikinti liftləri və s.) yalnız texniki baxışdan
- keçmiş, icazə verilmiş vasitələrdən istifadə etmək. Yüksəklikdə iş zamanı heç vaxt tək qalmamaq – müşahidəçi əməkdaşla birlikdə işləmək. Zolaqlama və xəbərdarlıq nişanları ilə işləmə zonası mühafizə olunmaq.
Əlaqələndirmə və komanda işi:
- İstilik, havalandırma və soyudu (İHS) sistemlər üzrə mütəxəssislərdən alınan tapşırıqları vaxtında və düzgün icra etmək. Digər ustalar və elektrik, lift, avtomatika texnikləri ilə koordinasiyalı işləmək.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “İstilik, havalandırma və kondisioner sistemləri (IHKS) üzrə texnik” başlığı ilə CV göndərərək müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır
Oxşar vakansiyalar
K
Karvan - L
Konstruksiya Mühəndisi
Maaş: Müsahibə əsasında
17.03.2026
Bakı
7
G
Glensol
QC Engineer
Maaş: Müsahibə əsasında
16.03.2026
Bakı
25
Amina and S Group
Smeta üzrə mühəndis
Maaş: Müsahibə əsasında
13.03.2026
Bakı
52
Az-Caspian CONSTRUCTION
Planlama Mühəndisi
Maaş: Müsahibə əsasında
13.03.2026
Bakı
50
Azerbaijan Poultry Company
SƏTƏM üzrə mütəxəssis
Maaş: 1016 AZN
12.03.2026
Bakı
73
Facility Management Group
Yanğından mühafizə və xəbərdarlıq sistemləri üzrə mühəndis
Maaş: Müsahibə əsasında
12.03.2026
Bakı
65