- Kateqoriya: Sənaye və kənd təsərrüfatı
- Şəhər: Sumqayıt
- Ünvan: Sənaye Parkı Kimyaçılar küçəsi.1
- İş təcrübəsi: 5 ildən çox
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 16743
- Elanın yerləşdirmə tarixi: 14.04.2026
- Elanın bitmə tarixi: 14.05.2026
Namizədə tələblər
- Müvafiq sahədə 5 il və daha artıq iş təcrübəsi;
- Ali təhsil (müvafiq sahə üzrə);
- İngilis dili üzrə sərbəst danışıq və yazı bacarığı tələb olunur;
- SƏTƏM üzrə müvafiq sertifikatlar;
- MS office proqramlarında işləmə bacarığı;
- Əmək Məcəlləsi, Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik, Yanğın Təhlükəsizliyi haqqında qanun və normativ hüquqi aktlar haqqında biliklər;
- SƏTƏM sənədlərini, hesabatları və təlimatları hazırlamaq bacarığı;
- İSO 9001:2015 İSO 14001:2015 İSO 45001 standartlar üzrə daxili auditor sertifikatları.
İş haqqında məlumat
- Sika MMC şirkətində Əməyin Təhlükəsizliyi, Sağlamlığı və Ətraf Mühitin Mühafizəsi İdarəçilik Sitemini yerli və korporativ tələblər əsasında qurmaq, tətbiq etmək və təmin etmək.
- İş yerləri və iş şəraitində təhlükələrin müəyyən edilməsi və risklərin qiymətləndirməsi, təhlükəsizlik tələblərinə uyğun olaraq iş yerlərinin attestasiyasını və sertifikasiyasına təşkil etmək və planlaşdırılmış tədbirlərin vaxtında yerinə yetirilməsinə nəzarət etmək.
- Mütəmadi təhlükəsizlik auditləri təşkil edərək əmək şəraitinin və iş yerlərinin təhlükəsizlik standart və tələblərinə uyğunluğundan əmin olmaq.
- Bədbəxt hadisələrin və peşə xəstəliklərinin araşdırılmasını, kök səbəblərin, önləyici və düzəldici fəaliyyətlərin müəyyən edilməsini icra etmək, lazımi hesabatların zamanında və müvafiq əlaqəli şəxslərə bildirilməsini təmin etmək.
- İşçilər üçün təlim və tədris proqlamlarını və materiallarını hazırlamaq və onlara SƏTƏM qaydaları ilə lazımi təlimləri təşkil etmək
- Şirkətin fəaliyyətinin yerli və Sika korporativ Əməyin Təhlükəsizliyi, Sağlamlığı və Ətraf Mühitin Mühafizəsi tələblərinə uyğunluğundan əmin olmaq.
- Peşə sağlamlığı və təhlükəsizliyi qaydalarının tələblərinə uyğun təmir qurğularının, maşın və digər avadanlıqların qəbulu, istehsal obyektlərinin tikintisi və yenidən qurulması, layihə sənədlərinin hazırlanması ilə bağlı şirkətinin koordinasiyasında iştirak etmək.
- Fövqəladə Hal Hazırlıq Planı hazırlamaq, işçilərə praktiki təlimlər təşkil etmək
- Təlim tədris proqramlarının qeydlərini aparmaq. Müəyyən edilmiş formada və vaxtında sağlamlıq və təhlükəsizlik hesabatlarını hazırlamaq.
- SƏTƏM sisteminin davamlı yaxşılaşdırılması üçün daima bilik və bacarıqlarını yeniləmək.
- Sika İdarəçilik Sisteminin qurulması və daimi yaxşılaşdırılması üçün Keyfiyyət İdarəçilik Sistemi standart və gözləntiləri ilə iş bölmələrinin keyfiyyət hədəfləri nəzərə alınaraq öna həvalə edilmiş aşağıdakı vəzifələri yerinə yetirərək məsul olduğu sahədə bütün şirkət daxilində keyfiyyət sistemi hədəflərinin həyata keçirilməsinə dəstək verir:
- Proses yaxşılaşdırma və risk qiymətləndirmə işlərini koordinasiya edir
- İdarəçilik sistemi prosedurlarını hazırlayır və tətbiq edəcək şöbələr ilə kommunikasiyanı təmin etmək üçün iclaslar təşkil edir.
- Məsul olduğu yerlərdə mütəmadi olaraq keyfiyyət iclasları təşkil edərək şikayətlərin və tədbirlərin vəziyyətini nəzərdən keçirir.
- Planlanan İdarəçilik Sistemi Təlimləri verir
- Məsul olduğu sahələrdə sertifikasiya və müştəri yoxlamalarının müvəffəqiyyətlə nəticələnməsi üçün yoxlama müddəti boyunca rəhbərlik edər və lazımi koordinasiyanı təmin edər.
- Sika MMC İllik Daxili Audit Planı əsasında ona həvalə edilmiş daxili auditləri həyat keçirir, audit raportu hazırlayır və tədbirlərin vaxtında tamamlanmasını izləyir.
- Sika MMC İdarəçilik Sisteminin performansı ilə əlaqəli məlumat analizləri edir və müvafiq hesabatlar hazırlayır.
- Məsul olduğu sahədə Uyğunsuzluq İdarəçilik Sistemi koordinatoru olaraq vəzifə alır.
İş barədə məlumat:
- İş yeri: SİKA MMC
- Ünvan: Sumqayıt Sənaye Parkı Kimyaçılar küçəsi1
- AZ 5002 Sumqayıt E119/Azərbaycan
- İş qrafiki: 08:00 - 17:00 (5 günlük iş qrafiki)
- İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
GM Construction
MEP üzrə mühəndis
Maaş: Müsahibə əsasında
14.04.2026
Bakı
30
Kristal
Sahə mühəndisi
Maaş: Müsahibə əsasında
03.04.2026
Bakı
86
Estet
Mexanika və havalandırma sistemləri üzrə mühəndis
Maaş: Müsahibə əsasında
02.04.2026
Bakı
80
Mint Services MMC
SƏTƏM üzrə kiçik Mütəxəssis
Maaş: 700 AZN
18.03.2026
Bakı
179
Azerbaijan SuperMarket
İstilik, havalandırma və kondisioner sistemləri (IHKS) üzrə texnik
Maaş: Müsahibə əsasında
17.03.2026
Bakı
135
K
Karvan - L
Konstruksiya Mühəndisi
Maaş: Müsahibə əsasında
17.03.2026
Bakı
127