- Kateqoriya: Sənaye və kənd təsərrüfatı
- Şəhər: Bakı
- İş təcrübəsi: 3-5 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 16993
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 02.06.2026
- Elanın bitmə tarixi: 02.07.2026
Namizədə tələblər
- Ali təhsil (uyğun sahə üzrə üstünlükdür);
- Müvafiq sahədə minimum 4 il iş təcrübəsi;
- İOSH, Peşə sağlamlığı, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏM), Sənayedə Texniki Təhlükəsizlik və Əməyin Mühafizəsi, Hündürlükdə işlərin təhlükəsiz görülməsi, Hadisələrin araşdırılması, Təhlükələrin müəyyən edilməsi və risklərin qiymətləndirilməsi, İlk yardım, Yanğından mühafizə və s. sertifikatları;
- Azərbaycan dili – yüksək səviyyədə, rus və ingilis dili – arzuolunandır;
- MS Office proqramlarında (xüsusilə Excel və PowerPoint) yüksək işləmə bacarığı;
- Azərbaycan Respublikasının əməyin mühafizəsi və təhlükəsizlik üzrə qanunvericiliyi barədə biliklər;
- Risklərin qiymətləndirilməsi və insidentlərin araşdırılması üzrə praktiki biliklər;
- Sənədləşmə və hesabat hazırlama bacarığı;
- Məsuliyyətli, diqqətli və sistemli yanaşma;
- Əməkdaşlarla effektiv ünsiyyət qurmaq bacarığı;
- Analitik düşünmə və təşkilatçılıq bacarıqları;
- Güclü yazılı və şifahi kommunikasiya;
- Məxfilik, dəqiqlik və məsuliyyətlilik.
Gözlənilən nəticə:
- SƏTƏM üzrə mütəxəssisin işə qəbul edilməsi nəticəsində şirkətdə təhlükəsizlik nəzarətinin gücləndirilməsi, risklərin daha operativ idarə olunması, əməkdaşların təhlükəsizlik qaydalarına riayət səviyyəsinin artırılması və müvafiq qanunvericilik tələblərinə uyğunluğun təmin edilməsi gözlənilir
İş haqqında məlumat
- Əməyin mühafizəsi və təhlükəsizlik üzrə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini izləmək, onların şirkətdə tətbiqinə nəzarət etmək və müvafiq daxili prosedurların bu tələblərə uyğunluğunu təmin etmək.
- İş yerlərində əməyin təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;
- SƏTƏM üzrə riskləri müəyyən etmək və onların azaldılması üçün tədbirlər təklif etmək;
- Əməkdaşların təhlükəsizlik qaydaları üzrə maarifləndirilməsində iştirak etmək;
- Müvafiq təlim və təlimatlandırmaların təşkilinə dəstək göstərmək;
- İş prosesi zamanı yarana biləcək təhlükəli halların qarşısının alınması üçün nəzarət tədbirləri həyata keçirmək;
- SƏTƏM üzrə daxili yoxlamalar aparmaq və nəticələr barədə hesabat hazırlamaq;
- Hadisə, insident və uyğunsuzluqların araşdırılmasında iştirak etmək;
- Əməyin mühafizəsi və təhlükəsizlik sənədlərinin hazırlanmasına və yenilənməsinə dəstək göstərmək;
- Dövlət orqanları və daxili audit tələbləri üzrə zəruri sənədləşməni təmin etmək;
- Ətraf mühitin qorunması ilə bağlı daxili qaydalara riayət olunmasına nəzarət etmək.
Biz təklif edirik:
- Peşəkar və inkişaf yönümlü iş mühiti;
- Praktiki bilik və bacarıqları inkişaf etdirmək üçün şərait;
- Karyera inkişafı perspektivi.
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Sətəm üzrə Mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.
Oxşar vakansiyalar
Qala Group
Keyfiyyət üzrə mühəndis
Maaş: Müsahibə əsasında
23.07.2026
Bakı
84
Workplace Interiors LLC
Planning Engineer
Maaş: Müsahibə əsasında
20.07.2026
Bakı
104
Apar (Bike-Sharing Startup)
Elektronika üzrə kiçik mütəxəssis
Maaş: Müsahibə əsasında
06.07.2026
Bakı
205
AZPROM
Mühəndis-konstruktor
Maaş: 1000 - 1500 AZN
02.07.2026
Bakı
232
A+A Security
Quraşdırıcı-elektron təhlükəsizlik sistemləri üzrə
Maaş: 800 - 900 AZN
30.06.2026
Bakı
240
STP Global Cable
Mühəndis-mexanik
Maaş: Müsahibə əsasında
29.06.2026
Sumqayıt
263