logo

Elektronika üzrə kiçik mütəxəssis

  • Kateqoriya: Sənaye və kənd təsərrüfatı
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1 ildən az
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Orta təhsil
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 17126
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 06.07.2026
  • Elanın bitmə tarixi: 05.08.2026

Namizədə tələblər

  • Elektronika, elektromexanika və ya digər uyğun texniki ixtisas üzrə ali və ya orta ixtisas təhsili (diplom mütləqdir);
  • Elektronika sahəsi üzrə nəzəri biliklərə malik olmaq;
  • Rus dili biliyi mütləqdir;
  • Yeni məzunlar və ya az iş təcrübəsinə malik namizədlər müraciət edə bilərlər;
  • Məsuliyyətli, diqqətli və öyrənməyə həvəsli olmaq;
  • Komandada işləmək bacarığı.
İş haqqında məlumat

Bu vakansiya elektronika sahəsində karyerasını inkişaf etdirmək istəyən yeni məzunlar və ya az iş təcrübəsinə malik namizədlər üçün nəzərdə tutulub. Əgər elektronika üzrə nəzəri bilikləriniz varsa, lakin praktiki təcrübə qazanmaq imkanı əldə etməmisinizsə və ya mövcud təcrübənizi daha da inkişaf etdirmək istəyirsinizsə, bu vakansiya sizin üçün əla fürsətdir. İş yerində Baş elektronika mütəxəssisinin rəhbərliyi altında çalışaraq real iş təcrübəsi qazanacaq və peşəkar biliklərinizi inkişaf etdirəcəksiniz.

 

Vəzifə öhdəlikləri:

  • Baş elektronika mütəxəssisinin gündəlik fəaliyyətinə dəstək göstərmək;
  • Velosiped və skuterlərin elektron sistemlərinin diaqnostikası, texniki baxışı və təmiri prosesində iştirak etmək;
  • Elektron komponentlərin yoxlanılması, sazlanması və dəyişdirilməsində iştirak etmək;
  • Alət və avadanlıqlardan düzgün istifadə etmək;
  • Təhlükəsizlik qaydalarına və daxili prosedurlara riayət etmək.

 

İş şəraiti:

  • 6 günlük iş qrafiki: həftənin 5 günü – 09.00-17.00, / 6-cı gün qısaldılmiş- 09.00-13.00;
  • Baş elektronika mütəxəssisinin rəhbərliyi altında praktiki təlim;
  • Peşəkar inkişaf və real iş təcrübəsi qazanmaq imkanı;
  • Karyera inkişafı perspektivi;
  • Əmək haqqı bilik və bacarıqlara əsasən müəyyən edilir.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində "Elektronika üzrə kiçik mütəxəssis" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: