- Kateqoriya: Sənaye və kənd təsərrüfatı
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 16805
- Elanın yerləşdirmə tarixi: 21.04.2026
- Elanın bitmə tarixi: 21.05.2026
Namizədə tələblər
- Ali təhsil
- Manual proqram təminatı testləri üzrə 2-4 il təcrübə.
Bilik və Bacarıqlar
- Mobil və veb tətbiqlərin testləşdirilməsi üzrə biliklər.
- API testləri üçün Postman, Swagger və oxşar alətlərdən istifadə bacarığı.
- SDLC, STLC və Agile metodologiyaları üzrə anlayış.
- Aydın və təkrarlana bilən bug və test ssenarilərinin sənədləşdirilməsi bacarığı.
- Yüksək diqqətlilik və proqram təminatının keyfiyyətinə həvəs.
- API test avtomatlaşdırması ilə tanışlıq üstünlükdür.
- CI/CD alətləri (GitLab CI, Azure DevOps pipelines) ilə işləmə bacarığı.
- Əsas SQL bilikləri və məlumatların yoxlanılması.
- Sığorta və ya fintech sahəsində ilkin tanışlıq.
- JSON/XML strukturunun əsas bilikləri.
- JIRA və Qase kimi test case idarəetmə alətləri ilə tanışlıq.
- C#, JS/TS, Java, Python üzrə əsas proqramlaşdırma/scripting bacarıqları.
- Dil bilikləri: Azərbaycan, İngilis, Rus.
İş haqqında məlumat
PAŞA Sığorta ASC namizədləri QA mühəndis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Məhsulların keyfiyyətinin təmin olunmasında əsas rol oynayan bu vəzifə, mobil və veb tətbiqlərin manual testləşdirilməsi, API yoxlamalarının aparılması və test sənədlərinin hazırlanması üzrə məsuliyyət daşıyır. CoE QA Liderinin rəhbərliyi altında developerlər, analitiklər və digər QA mütəxəssisləri ilə sıx əməkdaşlıq edərək, şirkətin müştəriyə yönəlmiş platformalarının etibarlılığı və performansının yüksəldilməsinə töhfə verir.
Öhdəliklər
- Mobil və veb tətbiqlər üçün manual test ssenarilərinin hazırlanması, yazılması və icra edilməsi.
- Funksional, reqressiya, inteqrasiya və eksplorator testlərin aparılması.
- Postman, Swagger və digər alətlərdən istifadə edərək API testlərinin həyata keçirilməsi, məlumatların, cavabların və səhv emalının yoxlanılması.
- Test planları, test ssenariləri, yoxlama siyahıları və bug hesabatlarının hazırlanması və saxlanılması.
- Developer və məhsul menecerləri ilə tələblərin dəqiqləşdirilməsi və risklərin erkən müəyyənləşdirilməsi üçün əməkdaşlıq.
- Həll edilmiş problemlərin yenidən test edilməsi və buraxılışa hazırlıq yoxlamalarında iştirak.
Bizim Təklifimiz
- Peşəkar və dəstəkləyici komanda ilə əməkdaşlıq imkanı.
- Fərdi və peşəkar inkişaf üçün davamlı öyrənmə və təlim imkanları.
- Şirkətin innovativ layihələrində iştirak və real təsir yaratmaq imkanı.
- Şəffaflıq və açıq ünsiyyətə əsaslanan iş mühiti.
- “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
- *Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
- Davamlı peşəkar inkişaf imkanları;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
Caspian Engineering Solutions MMC
Smeta mühəndisi
Maaş: Müsahibə əsasında
15.04.2026
Bakı
61
GM Construction
MEP üzrə mühəndis
Maaş: Müsahibə əsasında
14.04.2026
Bakı
64
Sika LLC
SƏTƏM və Keyfiyyət təminatı mühəndisi
Maaş: Müsahibə əsasında
14.04.2026
Sumqayıt
74
Kristal
Sahə mühəndisi
Maaş: Müsahibə əsasında
03.04.2026
Bakı
108
Estet
Mexanika və havalandırma sistemləri üzrə mühəndis
Maaş: Müsahibə əsasında
02.04.2026
Bakı
102
Azinvest İnşaat
Briqadir
Maaş: Müsahibə əsasında
14.04.2026
Bakı
78