logo

Project Manager (Müştəri Loyallığı Departamentində)

  • Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1 ildən az
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • Yaş: 25 - 35
  • İş rejimi: Tam-ştat
  • Namizəd: Bəy
  • Elan ID: 14735
  • E-poçt: cv@businessinsight.az
  • Elanın yerləşdirmə tarixi: 08.09.2025
  • Elanın bitmə tarixi: 08.10.2025

Namizədə tələblər

  • Kişi namizədlərə üstünlük veriləcəkdir
  • Ali təhsil;
  • Yaş həddi: 25-35;
  • Microsoft proqramlarında işləmək bacarığı;
  • Yüksək səviyyədə ünsiyyət və təşkilatçılıq bacarığı;
  • Müştəri loyallığı və mobil tətbiq layihələrində təcrübə arzuolunandır;
  • Komandada işləmək bacarığı;
  • Ölkədaxili ezamiyyətlərə açıq olmaq;
  • Layihə idarəetməsinin nəzəri və praktiki biliklərinə sahib olmaq;
  • Stressə və tələbkarlığa davamlı, disiplinli;
  • Planlaşdırma, təşkilatçılıq və auditoriya qarşısında çıxış etmə bacarıqlarının yüksək olması;
  • Təşəbbüskarlığın, özgüvənin və çalışma istəyinin yüksək olması. 
İş haqqında məlumat

Layihənin idarə edilməsi: 

  • Loyallıq proqramlarının strategiyasını hazırlamaq və tətbiqini həyata keçirmək. 
  • Layihənin məqsəd və hədəflərini müəyyən etmək və həyata keçirmək. 
  • İş planı tərtib etmək və layihə mərhələlərini izləmək.
  • Layihə mərhələlərini planlaşdırmaq və idarə etmək.
  • Loyallıq proqramı üzvlərinin sayının artırılması prosesinə nəzarət etmək. 
  • Tədbirlərin təşkili və idarəolunmasına nəzarət etmək. 
  • Tədbirlərdə məruzələrin və çıxışların olunması. 
  • Müvafiq hesabatları və təqdimatları hazırlamaq. 
  • Kampaniyaların gedişatına nəzarət etmək. 
  • Loyallıq proqramlarının inkişafı üçün araşdırmalar etmək, yeni ideyalar hazırlmaq, təkliflər vermək. 
  • Layihəni uğurla başa vurmaq üçün bütün fəaliyyətləri detallı şəkildə müəyyən edən və ardıcıllığı təyin edən iş planı hazırlamaq. 
  • Layihənin qüsursuz icrası üçün daxili resursları və üçüncü tərəfləri/ kontraktorları düzgün koordinasiya etmək. 
  • Resursların yetərliliyini və paylaşdırılmasını təmin etmək. 
  • Layihə risklərini azaltmaq məqsədilə risklərin idarə edilməsi.

 

Komandanın koordinasiyası: 

  • Layihə komandası arasında vəzifə bölüşdürülməsi. 
  • Komandanın iş performansını izləmək və dəstək göstərmək. 
  • Təlimlər və motivasiya sessiyaları təşkil etmək.
  • Layihə komandasını KPI-a əsasən qiymətləndirmək. 

 

Müştəri əlaqələrinin idarə olunması: 

  • Proqram ştirakçılarının məmnuniyyətini artırmaq üçün strategiyalar hazırlamaq. 
  • B2B müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi.

 

Tərəfdaşlıq və əməkdaşlıq: 

  • Tərəfdaş şirkətlərlə iş birliyi qurmaq və şərtləri razılaşdırmaq. 
  • Yeni tərəfdaşların cəlb edilməsi üçün bazar araşdırması aparmaq.

 

Analitika və hesabatlar: 

  • Proqramın performansını ölçmək üçün analitik göstəriciləri izləmək. 
  • Dövrü hesabatlar hazırlamaq və nəticələri rəhbərliyə təqdim etmək. 
  • Loyallıq proqramlarının ROI (investisiyadan gəlir) göstəricilərini analiz etmək.

 

İnnovasiyalar və inkişaf: 

  • Proqramın müasir texnologiyalar və trendlərə uyğun yenilənməsini təmin etmək. 
  • Rəqabət təhlili aparmaq və bazar tələblərinə uyğun dəyişikliklər etmək. 
  • Yeni loyallıq modellərinin tətbiq olunması ilə bağlı təkliflər irəli sürmək.

 

Büdcə və resursların idarə edilməsi: 

  • Proqram üçün ayrılmış maliyyə resurslarını idarə etmək. 
  • Layihə büdcəsinə nəzarət və səmərəli xərcləməni təmin etmək.

 

İş şəraiti:

  • Öyrədici və inkişafameyilli iş mühiti. 
  • Əmək qanunvericiliyinə uyğun sənədləşdirmə;
  • İş vaxtı həftədə 6 gün;
  • Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək. 

 

Maraqlı olan namizədlər öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına “Project Manager” başlığı altında göndərə bilərlər. 

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: