logo

Layihə Meneceri

  • Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Sığorta: Bəli olunur
  • Elan ID: 14724
  • E-poçt: hr@avicom.tech
  • Elanın yerləşdirmə tarixi: 05.09.2025
  • Elanın bitmə tarixi: 05.10.2025

Namizədə tələblər

  • Mühəndislik, İnformasiya Texnologiyaları və ya oxşar sahədə bakalavr dərəcəsi.
  • 1–3 il İT layihə koordinatoru və ya İT biznes analitik sahəsində təcrübə.
  • Layihə idarəetməsi prinsipləri haqqında biliklər (məs. PMBOK və ya Agile əsasları).
  • İnfrastruktur layihələri (İT infrastruktur, təhlükəsizlik və videomüşahidə sistemləri) və proqram təminatı /rəqəmsal layihələrdə təcrübə.
  • Microsoft Office proqramlarında (Excel, Word, PowerPoint) və layihə izləmə alətlərində işləmək bacarığı (MS Project, Jira, Asana və ya oxşar).
  • Mükəmməl Azərbaycan dili biliyi (ingilis dili işgüzar səviyyədə);
  • Vaxtın idarə olunması bacarıqları, yaxşı ünsiyyət və komanda ilə işləmək qabiliyyəti Məxfilik prinsiplərinin qorunması
  • Problemləri həll etmə bacarığı və detallara diqqət
İş haqqında məlumat
  • Layihə Meneceri şirkətin infrastruktur və rəqəmsal layihələrinin vaxtında və uğurlu icrası üçün müvafiq komandalar, və tərəfdaşlarla birgə işləyərək layihə fəaliyyətlərinin, vaxtın, resursun kordinasiyasını aparır, layihənin gedişatının izlənilməsini və risklərin idarəolunmasını həyata keçirir, həmçinin müvafiq layihə sənədlərinin tərtib edilməsini təmin edir. 

 

İş barədə məlumat: (vəzifə öhdəlikləri):

  • Layihənin planlaşdırılması və icrası, layihənin məqsədlərinə uyğun olaraq ətraflı plan hazırlamaq və onun uğurla həyata keçirilməsini təmin etmək;
  • Layihələrlə bağlı potensial riskləri müəyyənləşdirmək, qiymətləndirmək və onların qarşısını almaq üçün strategiyalar.
  • Layihə fəaliyyətlərini və resursları koordinasiya etmək.
  • Layihə sənədlərinin hazırlanması və saxlanılmasında iştirak etmək (planlar, hesabatlar, cədvəllər və s.)
  • Layihələrin gedişatını izləmək və aidiyyəti tərəflərə məlumat vermək.
  • Layihə mərhələləri, risklər və problemlərlə bağlı düzgün sənədləşmə aparmaq.
  • Görüşlərin təşkili və protokolların hazırlanması.
  • Müştərilərlə tələblərin, əhatə dairəsinin və məqsədlərin müəyyən olunmasında əməkdaşlıq etmək.
  • Müvafiq layihə tapşırıqlarının düzgün formalaşdırılması və icrasına nəzarət etmək
  • Layihələrin yerinə yetirilməsi zamanı şirkət siyasətləri və tənzimləyici normalara uyğunluğun izlənməsi.
  • Mövcud informasiya sistemlərinə dəstəyin verilməsi, yeni formalaşan tələblərin tətbiqi;
  • Rəhbərliyin tələb etdiyi hesabatların vaxtında hazırlanıb təhvil verilməsi. digər tapşırıqlarının yerinə yetirilməsi.

 

İş Şərtləri:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • 5 günlük iş qrafiki / İş saatı 09:00-dan 18:00-dək:
  • Nahar fasiləsi 13:00-dan-14:00-dək
  • Əmək haqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək
  • Metroya yaxın məsafədən şirkətin servis xidməti fəaliyyət göstərir.

 

Üstünlüklərimiz:

  • İnformasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
  • Karyera irəliləyişlərində yaradılan imkanlar;
  • Təlimlərdə iştirak;
  • Konüllü tibbi sığorta ilə təmin edilmə (3 ay sonra); 
  • Korporativ nömrə,danışıq limiti.

 

Tələblərə cavab verən namizədlər CV-lərini mövzu yerinə Layihə Meneceri qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.  

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: