logo

Məlumat bazalarının idarəedilməsi üzrə aparıcı/baş mütəxəssis (Logo istiqaməti)

  • Kateqoriya: Informasiya texnologiyaları
  • Şəhər: Sumqayıt
  • Ünvan: Kimyaçılar küçəsi 1
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Nahar: Bəli verilir
  • Elan ID: 15765
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 08.12.2025
  • Elanın bitmə tarixi: 07.01.2026

Namizədə tələblər

  • İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il;
  • Təhsili/ixtisası: Ali təhsil (İnformatika, proqram, sistem və ya şəbəkə);
  • Bacarıqlar:  Ms. Office (Excel biliyi yüksək səviyyədə olmalıdır), Logo, SQL/T-SQL;
  • Dil bilikləri: İngilis və Rus dili və Türk dili;
  • Əmək müqaviləsi, fəaliyyəti ilə əlaqədar qərarlar, əmrlər, sərəncamlar, göstərişlər və digər normativ; sənədləri; müvafiq qayda və təlimatları, sənədlərin kargüzarlıq proseduralarına uyğun hazırlanma qaydasını;
  • Sifariş etdiyi malların növləri, standartları, texniki şərtləri, başlıca xassələri, keyfiyyət xüsusiyyətləri və onların təyinat    metodikasını bilməli;
  • Domain server, virtual server, terminal server və MS SQL Serverdə  işləmək bilikləri;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğından mühafizə, sanitar-gigeniya və mülkü-müdafiə qaydalarını;
  • Texniki vasitələrin istismarı və müvafiq sənədlərlə işləmə qaydalarını bilməlidir.
İş haqqında məlumat

Struktur: Daxili Nəzarət Departamenti/ Müəssisə Resurslarının Planlaşdırılması Şöbəsi

 

Əsas vəzifə öhdəlikləri:

  • Tiger Enterprise sistemində çıxan texniki problemlərin vaxtında həll edilməsi;
  • Maliyyə departamentinə və müvafiq aidiyyatı strukturlara Tiger Wings Enterprise sistem tərəfindən dəstək verilməsi;
  • T-SQL vasitəsi ilə Sistemdə olmayan hesabatların sistemə əlavə edilməsi, hazırlanması və lazım olmayan hesabatları sistemdən çıxarılması;
  • Excel vasitəsilə analitik hesabatların hazırlanması;
  • Yeni Logo istifadəçiləri üçün proqram təminatının edilməsi;
  • Proqramda çıxan problemlərin vaxtında həll edilməsi;
  • Proqramla bağlı dəyişikliklərin proqnozlaşdırılmasını işləyib hazırlamalı;
  • Aidiyyatı strukturlardan gələn təkliflər üzrə proqramda dizayn, hesabat və s. əlavələr edilməsi.

 

İş şərtləri:

  • İş rejimi: 5 gün 09:00 – 18:00;
  • İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı.

 

Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.

 

Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini "Məlumat bazalarının idarəedilməsi üzrə aparıcı/baş mütəxəssis (Logo istiqaməti)" başlığı altında Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: