- Kateqoriya: Informasiya texnologiyaları
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 15661
- Elanın yerləşdirmə tarixi: 01.12.2025
- Elanın bitmə tarixi: 31.12.2025
Namizədə tələblər
- Kibertəhlükəsizlik üzrə ali təhsilin olması;
- Kibertəhlükəsizlik sahəsində minimum 2 il iş təcrübəsi;
- E-mail security gateway, NGFW, PAM və ən azı iki əlavə kibertəhlükəsizlik aləti (məs. DLP, EPP/EDR, SIEM, SOAR) ilə iş təcrübəsi;
- Təhlükəsizlik sistemlərinin yaradılması prinsiplərini və praktiki kibertəhlükəsizlik metodlarını (hücumların aşkarlanması və onlardan qorunma üsulları) düzgün analiz etmək bacarığı;
- Şəbəkə texnologiyaları və infrastruktur təhlükəsizliyi üzrə praktiki biliklər.
- Güclü analitik düşüncə və insidentlərin səbəbini təyin etmək qabiliyyəti;
- Komanda ilə effektiv işləmək və mürəkkəb vəziyyətlərdə operativ qərar vermə bacarığı;
- Müstəqil işləmək və prirotetlərə uyğun tapşırıqları icra etmə bacarığı.
Üstünlüklər:
- Kibertəhlükəsizlik üzrə sertifikatların mövcudluğu (CEH, CISSP, CCNA Security, PCNSA/PCNSE və s.);
- SOC mühitində və insidentlərin idarəedilməsində təcrübə.
İş haqqında məlumat
“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal hazırda aktiv olan vakansiya: Kiber təhlükəsizlik üzrə administrator.
Vəzifə öhdəlikləri:
- NGFW, e-mail security gateway, PAM, WAF kimi qabaqcıl kibertəhlükəsizlik alətlərinin layihələndirilməsi, tətbiqi, konfiqurasiyası və idarəedilməsi. Bu alətlərin yüksək keyfiyyətdə işləməsini təmin etmək və problemlərin aradan qaldırılması üzrə operativ tədbirlər görmək;
- İKT infrastrukturunun qəza və xətalardan bərpa proseslərinə rəhbərlik edərək davamlılığı təmin etmək;
- Digər mühafizə vasitələri və idarəetmə sistemləri ilə inteqrasiyaları planlaşdırmaq, layihələndirmək və həyata keçirmək;
- İnformasiya təhlükəsizlik siyasətləri və standartlarına uyğun olaraq informasiya sistemlərinə nəzarət mexanizmlərinin tətbiqini və monitorinqini həyata keçirmək;
- Audit prosesləri çərçivəsi və uyğunluq yoxlamalarında iştirak və texniki dəstək göstərmək;
- Sistem girişinə nəzarət etmək və informasiya təhlükəsizliyi alətlərindən istifadə etməklə sistemin bütövlüyünü qorumaq;
- Təhlükəsizlik alətlərindən gələn “alert”-lara cavab vermək və riskləri vaxtında aradan qaldırmaq;
- Təhlükəsizlik əməliyyatları mərkəzi (SOC) komandası ilə əməkdaşlıq edərək insidentlərə cavab vermək, potensial təhdidləri müəyyənləşdirmək və onların həllini koordinasiya etmək;
- SOC çərçivəsində müştərilərə texniki konsultasiyalar verərək təhlükəsizlik mövqeyinin optimallaşdırılması üçün tövsiyələr vermək.
Namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiyalar
O
OMNIVISION MMC
Texniki xidmət mütəxəssisi (Təhlükəsizlik sistemləri üzrə)
Maaş: Müsahibə əsasında
26.11.2025
Bakı
52
Bakı Fond Birjası
Service Desk and Asset Management Officer
Maaş: Müsahibə əsasında
24.11.2025
Bakı
66
Kontakt Home
Data mühəndisi
Maaş: Müsahibə əsasında
22.11.2025
Bakı
58
Prime Cotton
Junior Cybersecurity Specialist
Maaş: Müsahibə əsasında
22.11.2025
Bakı
64
PASHA Insurance
İnformasiya Təhlükəsizliyi üzrə İdarəetmə, Risk və Komplayns üzrə Baş/Aparıcı/Mütəxəssisi
Maaş: Müsahibə əsasında
21.11.2025
Bakı
78
PASHA Bank
Baş Data analitik
Maaş: Müsahibə əsasında
21.11.2025
Bakı
64