Azericard
Vakansiya sayı: 1
- Əlaqə nömrəsi: 194
- E-poçt: [email protected]
- Vebsayt: azericard.com
- Ünvan: Bakı şəh., Bülbül pr. 54
Şirkət haqqında
"Azərikard" MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda “Azərikard” MMC Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda 16 banka prosessinq xidməti göstərir və onların hamısı - Beynəlxalq Ödəmə Sistemlərinin üzvüdür. “Azərikard” MMC telekomunikasiya şirkətlərinin xidmət haqlarının, kommunal xidmətlərin, gömrük rüsumlarının və vergilərin ödənişi, mobil və internet bankçılıq, nağdsız qaydada bir kartdan digər karta pul köçürmələrinin (Kart Transfer, VISA Direct, MasterCard Money Send), VTS, bankomat vasitəsilə sığorta haqlarının və depozitlərin ödənişinin, müxtəlif loyallıq proqramları və s. kimi yeni, müasir və texnoloji layihələrin tətbiqi ilə fəal şəkildə məşğuldur.
Missiyamız
İnnovativ ödəniş şirkəti olaraq müştərilərimizə və tərəfdaşlarımıza sərhədsiz texnoloji imkanlar yaradırıq
Strateji baxışımız
Müştərilərimizə üstün keyfiyyətli xidmət göstərmək
Ödənişlər sahəsində ən dayanıqlı və təhlükəsiz şirkət olmaq
Ən yaxşı xidmət provayderi olmaqla kart əməliyyatlarının emalını inkişaf etdirmək
Peşəkar və innovativ insanların məkanı olmaq
Səhmdarlarımızın və cəmiyyətin xeyirinə mənfəət və dəyər yaratmaq
Dəyərlərimiz
Təhlükəsizlik və etibarlılıq - Fəaliyyətimizin təməlində təhlükəsizlik və etibarlılığa tam sadiqlik dayanır. Ödənişlər sahəsində etibarlı şirkət olaraq müştərilərimiz və tərəfdaşlarımız qarşısında qazandığımız etimadı qoruyuruq.
Müştəriyönümlü yanaşma - Yüksək keyfiyyətli, mükəmməl və çeşidli xidmətlərimizlə müştərilərimizi məmnun edirik.
Sahibkarlıq ruhu və gəlirlilik - Daim yeni biznes imkanlarının axtarışındayıq. Sınanmamış yollarla irəliləyərək səhmdarlarımız və ümumən cəmiyyətimiz üçün faydalar yaradırıq.
İnnovativlik - Yeni, innovativ texnologiyaları öyrənib tətbiq edirik.
Komanda ruhu - Peşəkar və çevik iş mühiti yaradaraq, istedadları cəlb edib, innovativ və iddialı liderlər məkanı yaradırıq.