logo

İR üzrə mütəxəssis

  • Kateqoriya: Müxtəlif
  • Şəhər: Bakı
  • Ünvan: H.Əliyev pr.152, Çinar Plaza
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 10832
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 25.02.2025
  • Elanın bitmə tarixi: 27.03.2025

Namizədə tələblər

  • Ali təhsil (İnsan Resursları sahəsində olması üstünlükdür);
  • İR sahəsində minimum 1-3 il iş təcrübəsi;
  • ƏMAS sistemi - peşəkar iş təcrübəsi mütləqdir, elektron hökümət portalları ilə (e-gov; e-sosial; İSB) işləmə bacarığı;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər aidiyyəti qanunvericilik aktları haqqında biliklər;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis və rus dili biliyi üstünlükdür;
  • Microsoft Office proqramları ilə işləmə bacarığı, 1C üstünlükdür; 
  • Effektiv ünsiyyət qurmaq, əməkdaşlarla və rəhbərliklə əlaqələri düzgün idarə etmək;
  • İşlərin prioritetləşdirilməsi və verilən tapşırıqların vaxtında icrası;
  • İşçilərin şəxsi məlumatlarını qorumaq və məxfi informasiyalarla düzgün davranmaq.
İş haqqında məlumat
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən yeni işçilərin sənədlərinin qəbulu, əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi, xitam verilməsi, vəzifə dəyişikliyi, mükafatlandırılması, ezamiyyətə göndərilməsi və sair ilə bağlı sənədlərin rəsmiləşdirilməsi, habelə Əmək Müqaviləsi bildirişlərinin ƏMAS altsisteminə daxil edilməsi, müvafiq sənədləşmənin icra edilməsi və ƏMAS-la bağlı digər əməliyyatların vaxtında yerinə yetirilməsi;
  • Qanunvericiliyin tələblərinə uyğun bütün növ əmrlərin hazırlanması, təsdiqlənməsi və onların qeydiyyatının aparılması;
  • İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparılması və məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsinə nəzarət;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq və dəyişikliklərin müntəzəm qeydiyyatının aparılması;
    İşdən azad olunan işçinin son haqq-hesabı (iş günü, məzuniyyət və s.) barədə məlumatları maliyyə şöbəsinə təqdim etmək;
  • Aylıq iş vaxtının uçot tabellərin hazırlanması.

 

Əmək haqqı: Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcək;

İş qrafiki: I-V günlər (09:00-18:00); İstirahət günləri: şənbə və bazar;

İş yeri: H.Əliyev pr.152, Çinar Plaza.



Uyğun namizədlər CV fomalarını elektron poçt ünvanına mövzu hissədə vakansiya adını qeyd edərək göndərə bilərlər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: