logo

İnsan Resursları üzrə Strateji Tərəftaşlıq Meneceri

  • Kateqoriya: Müxtəlif
  • Şəhər: Bakı
  • Ünvan: Binəqədi rayonu, Sulutəpə qəsəbəsi
  • İş təcrübəsi: 5 ildən çox
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Sığorta: Bəli olunur
  • Elan ID: 10847
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 25.02.2025
  • Elanın bitmə tarixi: 27.03.2025

Namizədə tələblər

  • Ali təhsil: Bakalavr dərəcəsi, ideal olaraq İnsan Resurslarının İdarəedilməsi, biznesin idarə olunması və ya oxşar sahələr üzrə.
    • 5+ il İnsan Resursları Biznes Partnyoru (HRBP), HR əməliyyatları və ya işçi münasibətləri sahəsində təcrübə.
  • Azərbaycan dilində sərbəst danışıq. Əlavə dillər üstünlük hesab ediləcək.
  • Mütləq FMCG sənayesi təcrübəsi olmalıdır;
  • Yüksək səviyyədə MS Excel bacarıqları.
İş haqqında məlumat

Əsas öhdəliklər:


İR Strateji Tərəfdaşlıq

  • HR strategiyalarını biznes məqsədlərinə uyğunlaşdıraraq Logistika və Kommersiya komandaları üçün etibarlı İR məsləhətçisi kimi çıxış etmək.
  • Əsas istedadları müəyyən etmək və biznesin inkişafnı dəstəkləyən xüsusi İR həlləri hazırlamaq üçün department/şöbə rəhbərləri ilə əməkdaşlıq etmək.
  • İstedadların planlaşdırılması, işçi qüvvəsinin optimallaşdırılması və ardıcıllığın planlaşdırılması ilə bağlı anlayışlar və tövsiyələr təqdim etmək.

 

Performansın idarəedilməsi və Təşkilati İnkişaf

  • Biznes məqsədlərinə uyğun olan performansın idarə edilməsi üzrə təklifləri hazırlamaq və həyata keçirmək.
  • Kouçinq və karyera inkişafı təşəbbüslərində liderləri dəstəkləmək.

 

İşçilərin cəlb edilməsi və mədəniyyətin qurulması o Yüksək performanslı və əməkdaşlıq mədəniyyətini inkişaf etdirmək üçün işçilərin cəlb edilməsi üçün tıklifləri irəli sürmək.

  • İşçi təcrübəsini artırmaq və məşğulluq problemlərini həll etmək üçün menecerlərlə əməkdaşlıq etmək.
  • Komandanın əhval-ruhiyyəsini ölçmək və yaxşılaşdırmaq üçün sorğular keçirmək.

 

Dəyişikliklərin İdarəetməsi

  • Biznes transformasiyaları zamanı İR üzrə əsaslı dəyişikliklərin idarə edilməsi təşəbbüslərinə rəhbərlik etmək.
  • Logistika və Kommersiya funksiyalarında yeni proseslərin, sistemlərin və ya struktur dəyişikliklərinin inteqrasiyasınında dəstək olmaq.

 

Kompensasiya və Müavinətlər Məsləhəti

  • Ədalətli və rəqabətli əmək haqqı və mükafat strategiyasının təmin edilməsi istiqamətində İR komandası ilə əməkdaşlıq.
  • İşçilərin həvəsləndirilməsi və şirkətdə uzunmüddətli çalışması üçün həvəsləndirici proqramlar üzrə tövsiyələr vermək.
  • İşçilərin rifahını və məmnunluğunu artıran müavinət proqramlarını irəli sürmək.

 

İşçi Təcrübəsi

  • Müsbət və inklüziv iş mühitini təmin edərək işçilərin təcrübəsini artırmaq üçün təşəbbüslər hazırlamaq və həyata keçirmək.
  • İşçilərin problemlərini və ehtiyaclarını başa düşmək üçün mütəmadi olaraq sorğular keçirmək.
  • Motivasiyanı artırmaq məqsədilə işçilərin tanınması proqramları yaratmaq üçün rəhbərliklə birlikdə bu istiqamətdə çalışmaq.
  • İş-həyat balansını, karyera yüksəlişini və ümumi iş məmnunluğunu yaxşılaşdıran təşəbbüsləri irəli sürmək.
  • İşçi təcrübələri haqqında fikir toplamaq, tendensiyaları müəyyən etmək və işçilərin işdə saxlanılması məqsədilə strategiyalar tövsiyə etmək; baş mütəxəssis və yuxarı vəzifələr üçün çıxış müsahibələri aparmaq, Logistika və Kommersiya komandalarında digər rollar üçün çıxış müsahibələrini təşkil etmək.
  • Çıxış müsahibəsi məlumatlarını təhlil etmək və rəhbərliyə hesabatlar təqdim etmək.

 

İR Data Analitikası

  • İşçi qüvvəsi planlaması, istedadın saxlanması və varislik riskləri haqqında təkliflər irəli sürmək. İşçilərin həvəsləndirilməsi və şirkətdə uzunmüddətli çalışması üçün həvəsləndirici proqramlar üzrə tövsiyələr vermək.
  • Əsas İR göstəricilərinin tətbiq olunmasına nəzarət etmək və davamlı təkmilləşdirmələr üzrə təklif irəli sürmək.

 

Əlavə məlumatlar:

  • İş saatı: Həftə içi 5 gün, 8 saatlıq iş cədvəli
  • Tibbi sığorta
  • Korporativ nömrə
  • İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi

 

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “İnsan Resursları üzrə Strateji Tərəftaşlıq Meneceri” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: