logo

MY SHOPS MMC

Vakansiya sayı: 2
Şirkət haqqında

MyShops MMC & My Shops General Trading Haqqında


MyShops Azərbaycanda mobil və elektron avadanlıqların satışı üzrə liderlərdən biridir. Şirkətimizin təklif etdiyi məhsulların keyfiyyəti yüksək, qiymətləri isə münasibdir.

Bu gün Sumqayıt şəhəri - N.Nərimanov küçəsi 1, Bülbül prospekti 38a, Gənclik Mall Ticarət Mərkəzi 1-ci mərtəbə ünvanlarında yerləşən mağazalarda satış həyata keçirilir.

 

Şirkətin satış və xidmət sahəsində uzun illər təcrübəsi var. My Shops General Trading MMC-nin baş ofisi (lisenziya No. 757766) Dubayda (BƏƏ) yerləşir. İstənilən mobil cihazların, eko-sistemlərin və məişət texnikasının həm pərakəndə, həm də topdan satışını həyata keçiririk.

MyShops mağazalarında kredit və debet kartlarından istifadə etməklə nağd alış-veriş etmək, BolKartBirKart və WorldKart kimi Taxit kartları ilə də ödəniş etmək mümkündür. Həmçinin istənilən məhsulu 3/6/12/24 ay müddətinə ilkin ödənişsiz və komissiyasız bank vasitəsilə kreditlə almaq mümkündür.

 

Şirkət Apple şirkətinin Azərbaycanda səlahiyyətli reselleri, Xiaomi şirkətinin səlahiyyətli reselleri, Vertu-nun eksklüziv distribyutorudur və məhsulları istehsalçıların zəmanəti ilə satır. Myshops Apple ilə yanaşı Samsung, Huawei, Nokia, Meizu və s. kimi brendlərin Azərbaycana ilk rəsmi idxalçılarından biridir. Bütün telefonlar ölkənin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən sertifikatlaşdırılıb və qeydiyyatdan keçib.

 

Davamlı keyfiyyətə, etik dəyərlərə sadiqliyimiz və müştəri məmnuniyyətinin davamlı axtarışı bizi daim gözləntiləri aşmağa və keyfiyyətli xidmətin sərhəd tanımadığı bir dünya yaratmağa sövq edir. Məqsədimiz şirkətin imici, yeni bazarların inkişafı, və regionlarda layihələrin həyata keçirilməsi.

 


Məqsədlərimiz: 

  •  Fəaliyyət göstərdiyimiz sənaye və ya xidmət sektorlarında lider olmaq arzusu;
  •  Hər kəs üçün etibarlı tərəfdaş olmaq;
  •  Mükəmməlliyə can atmaq və xidmət göstərilməsində yeni standartlar müəyyən etmək.



Müştərilərimizin ehtiyaclarını ödəmək, maksimum rahatlıq səviyyəsini təmin etmək və onların təchizatının və işlərinin sabitliyinə zəmanət verərək, ən yaxşı dəyəri təklif edirik.



Biznesin ölçüsündən asılı olmayaraq hər bir müştəri bizim üçün vacibdir.



Korporativ (B2B) və topdansatış suallarınız üçün [email protected] elektron poçtu ilə əlaqə saxlayın.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: