logo

İnsan resursları üzrə aparıcı mütəxəssis

  • Kateqoriya: Müxtəlif
  • Şəhər: Xırdalan
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: 1000 AZN
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 14095
  • E-poçt: hr@at-geotech.com
  • Elanın yerləşdirmə tarixi: 30.06.2025
  • Elanın bitmə tarixi: 30.07.2025

Namizədə tələblər

  • Ali təhsil;
  • İR sahəsində minimum 2 il iş təcrübəsi;
  • Əmək qanunvericiliyini və kadr kargüzarlığını çox yaxşı bilməli;
  • Cəmlənmiş uçot vaxtı ilə minimum 1il iş təcrübəsi;
  • ƏMAS və İSB portallarında olan son dəyişikliklərə hakim olmalı;
  • Analitik düşünmə qabiliyyətinin güclü olması;
  • MS Office proqramlarını çox yaxşı bilməli;
  • Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
  • Məsuliyyəti öz üzərinə götürərərək iş prosesini izləmək bacarığı olan;
  • Gənc, dinamik və inkişafa açıq;
  • Karyera inkişafına həvəsli olan.
İş haqqında məlumat
  • Əmək qanunvericiliyinə uyğun işçilərin işə qəbulu, vəzifə dəyişikliyi, işdən azad edilmələri və s. sənədləri rəsmiləşdirilmək;
  • Vəzifə təlimatlarının hazırlanması;
  • İşçilərin davamiyyətinə və iş qrafiklərinə nəzarət edilməsi ayın sonu davamiyyət tabellərini hazırlayaraq mühasibatlığa təhvil vermək;
  • “ƏMAS” portalında əməliyyatların aparılması (Əmək müqavilələri, xitam əmrləri, əmək müqavilələrinə dəyişiklik, məzuniyyət əmrləri və s.);
  • Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
  • Ştat cədvəlinin tərtibi, ona müvafiq əlavə və dəyişiklikləri etmək;
  • Ezamiyyət sənədlərini rəsmiləşdirmək və qeydiyyatlarını aparmaq;
  • İşçilər barədə məlumat bazasını yaratmaq, yenilik və dəyişiklikləri daxil etmək;
  • İşçilərin əmək fəaliyyətlərinə dair arayışların və xasiyyətnamələri hazırlamaq;
  • İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”ni qəbul edir, yoxlayır, insan resurslarına aid olan bölməni doldurur;
  • İşçilərin əmək və icra intizamının pozulması ilə bağlı müvafiq tədbirləri rəsmiləşdirmək;
  • Şəxsi heyətin uçotu və kadrlarla iş üzrə müəyyən olunmuş hesabatın tərtib olunmasını təşkil etmək;
  • Açıq olan vakansiyaların elana hazırlamaq və yerləşdirmək, CV incələmə, vakansiyalara uyğun namizədlərin seçmək, ilkin müsahibələri təşkil etmək, ilkin işəqəbul müsahibələri ilə bağlı nəticələri hazırlanmaq, müsahibə nəticələri barədə namizədləri xəbərdar etmək;
  • Şəxsi işlərin arxivini aparır, vaxtı keçmiş işlərin dövlət arxivinə verilməsini təşkil edir;
  • Kadrlar üzrə hesabatların tərtib və tələb olunan yerə vaxtında təqdim edilməsi;
  • Müəssisə, idarə və təşkilatlarda verilmiş əmr və göstərişlərin layihələrinin yuxan təşkilatın göstərişlərinə uyğun olub-olmadığını yoxlayır. İcrası tələb olunan tapşırıqlar üzrə nəzarəti həyata keçirir;
  • Onların yerinə yetirilməməsi səbəblərini araşdırır və lazımi tədbirlər görür.

 

Əmək şəraiti:

  • İş rejimi: Həftənin 5 günü;
  • İş saatı: 09:00-18:00;
  • Əmək haqqı: 1000 AZN.

 

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: