logo

İnsan Resursları əməliyyatları üzrə mütəxəssis

  • Kateqoriya: Müxtəlif
  • Şəhər: Bakı
  • Ünvan: 8 Noyabr pr-ti (AFFA-nın yaxınlığı)
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Nahar: Bəli verilir
  • Elan ID: 9324
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 09.01.2025
  • Elanın bitmə tarixi: 08.02.2025
Namizədə tələblər
  • Ali təhsil (İnsan Resursları sahəsində olması üstünlükdür);
  • İnsan Resursları əməliyyatları üzrə təcrübə (ən azı 1 il);
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
  • Elektron Hökümət Portalları ilə (e-sosial; İSB; ƏMAS) işləmə bacarığı;
  • Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmək;
  • Güclü analiz və sosial-kommunikasiya bacarığı;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Problemləri həll etmə bacarığı.
İş haqqında məlumat
  • Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliklərinin edilməsi, əmək müqavilələrinin hazırlanması və dəyişikliklərin edilməsi, elektron sistemə bildirişlərin daxil edilməsi;
  • İllik məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
  • Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət etmək;
  • Əmək kitabçalarında müvafiq qeydlər aparmaq;
  • Çalışanlara cari və keçmiş əmək fəaliyyətləri haqqında arayış və ya xasiyyətnamələrin verilməsi.

 

Təminatlar:

  • Nahar yeməyi;
  • Korporativ nömrə.

 

Vakansiya haqqında əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:00-18:00);
  • İş yeri: Bakı şəhəri, 8 Noyabr pr-ti (AFFA-nın yaxınlığı).

 

Uyğun namizədlərdən mövzu hissəsində “İnsan Resursları əməliyyatları üzrə mütəxəssis” qeyd edərək, mail ünvanına müraciət etmələrini xahiş edirik.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: