- Kateqoriya: Müxtəlif
- Şəhər: Bakı
- İş təcrübəsi: 1 ildən az
- Maaş: 800 - 1000 AZN
- İş rejimi: Tam-ştat
- Nahar: Bəli verilir
- Elan ID: 17149
- E-poçt: [email protected]
- Əlaqə nömrəsi: +994 55 500 01 45
- Elanın yerləşdirmə tarixi: 22.07.2026
- Elanın bitmə tarixi: 21.08.2026
Namizədə tələblər
- Restoran sahəsində HR mütəxəssisi kimi iş təcrübəsi (mütləqdir)
- Azərbaycan və rus dillərini sərbəst bilmək
- İngilis dili biliyi üstünlükdür
- ƏMAS sistemi və əmək qanunvericiliyi üzrə biliklər
- Kadr inzibatçılığı və işə qəbul sahəsində təcrübə
- Yüksək təşkilatçılıq və detallara diqqət
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı
- Çoxşaxəli və dinamik iş mühitində işləmək bacarığı
İş haqqında məlumat
145 Group restoran şəbəkəsi insan resursları proseslərinin effektiv icrasını təmin edəcək, əməliyyat komandaları ilə sıx əməkdaşlıq edərək HR təşəbbüslərini həyata keçirəcək təşkilatlı, proaktiv və nəticəyönümlü HR mütəxəssisi axtarır. Bu rol restoranlar və digər xidmət sahələri üzrə gündəlik HR əməliyyatlarının idarə olunmasını, kadr proseslərinin koordinasiyasını və əməkdaş təcrübəsinin inkişafını əhatə edir.
Bu vəzifə üzrə ideal namizəd HoReCa (restoran / qonaqpərvərlik) sahəsində təcrübəyə malik olmalı, əmək qanunvericiliyini və HR alətlərini yaxşı bilməli, eyni zamanda müxtəlif komandalarla effektiv işləyərək HR proseslərinin keyfiyyətli icrasına töhfə verməlidir.
Vəzifə öhdəlikləri
Kadr inzibatçılığı
- ƏMAS / e-gov sistemində işə qəbul, işdən azad edilmə və vəzifə dəyişikliklərinin rəsmiləşdirilməsi
- İşçilərin şəxsi işlərinin və kadr sənədləşməsinin aparılması
- Məcburi sənədlərin və tibbi arayışların aktuallığına nəzarət
- Əmək qanunvericiliyi və daxili qaydalara riayət olunmasının təmin edilməsi
Tabel uçotu və əməkhaqqı prosesi
- Aylıq iş vaxtı uçotu cədvəllərinin hazırlanması və yoxlanılması
- Restoranlarda tabel məlumatlarının düzgünlüyünə nəzarət
- Tabel məlumatlarının vaxtında mühasibatlığa təqdim olunması
İşə qəbul, təlim və qiymətləndirmə
- Xətti heyətin (ofisiant, aşpaz, kassir, barista və s.) operativ seçimi
- Yeni əməkdaşların adaptasiya prosesinin təşkili
- Təlimlərin, testlərin və attestasiyaların təşkili və koordinasiyası
- Mystery Guest (Gizli qonaq) yoxlamalarının təşkili və müşayiəti
- Təlim və inkişaf proqramlarının icrasına nəzarət
Analitika və hesabatlılıq
- Restoranlardan mütəmadi hesabatların toplanması
- İşçi performansının və bilik səviyyəsinin təhlili
- Mystery Guest yoxlamalarının nəticələrinin analiz edilməsi
- Rəhbərlik üçün müvafiq hesabatların hazırlanması
Şirkət tərəfindən təklif olunur
- Əməkhaqqı: 800 – 1000 AZN (net)
- Korporativ mobil telefon və nömrə
- Noutbuk
- Şirkət hesabına nahar
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
Əlaqə: 055 500 01 45
Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “HR mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiyalar
Azəriş LTD
İnsan Resursları (HR) Bölmə Müdiri
Maaş: Müsahibə əsasında
02.07.2026
Bakı
211
Balique 2023 Ltd MMC
İnsan Resursları üzrə Menecer (HR Manager)
Maaş: Müsahibə əsasında
29.06.2026
Bakı
206
Radius
Avtomobil qəbulçusu
Maaş: 600 AZN
22.07.2026
Bakı
14
Megabiz Petrochemical Company
Təcrübə Proqramı
Maaş: Müsahibə əsasında
22.07.2026
Bakı
12
MG Transport
Logistika üzrə tədarük və təchizat mütəxəssisi
Maaş: Müsahibə əsasında
06.07.2026
Bakı
238
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
Hovuz Baxımı üzrə Mütəxəssis (Su Keyfiyyəti və Kimyəvi Nəzarət)
Maaş: Müsahibə əsasında
03.07.2026
Bakı
206