logo

Data mərkəzlərinin infrastrukturu üzrə texnik

  • Kateqoriya: Informasiya texnologiyaları
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1 ildən az
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 7933
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 17.09.2024
  • Elanın bitmə tarixi: 17.10.2024
Namizədə tələblər
  • Mühəndislik üzrə ali bakalavr təhsili;
  • HVAC (çiller, kondisioner, fancoil) sistemləri haqqında ümumi məlumat;
  • Müxtəlif növ elektrik, siqnal və xəbərləşmə kabellərin istismar qaydalarının bilikləri;
  • Data Mərkəzlərində (infrastruktur, əməliyyat və texniki xidmət) 2 ildən çox iş təcrübəsi; 
  • Data Mərkəzlərinin İnfrastrukturunun idarəetmə sistemləri ilə tanışlıq; 
  • İstilik, ventilyasiya və soyutma sistemləri ilə iş təcrübəsi; 
  • TIER standartları üzrə biliklər;
  • Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı.
İş haqqında məlumat

“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal hazırda aktiv olan vakansiya: Data mərkəzlərinin infrastrukturu üzrə texnik 

 

Vəzifə öhdəlikləri:

  • Periodik plan əsasında texniki baxışların aparılması;
  • Elektrik avadanlıqların montaj olunması və elektrik sxemləri ilə işləmə bacarığı;
  • Elektrik sahəsinə aid olan təhlükəsizlik qaydalarını və elektrik qurğularının quruluşunu, elektrik materiallarının xüsusiyyətlərini bilmək və onlardan istifadə qaydalarını bacarmaq;
  • İT şkaflarda PDU-larda güclərin yuvacıqlar görə bərabər bölünməsinə nəzarət etmək; 
  • Sviçlərin, Serverlərin və s. yerləşdiyi rəklərdə təmizlik işlərinin nəzarəti; 
  • Şöbə daxili infrastruktur avadanlıqlarının texniki baxımları üçün illik, rüblük, aylıq və gündəlik fiziki işlərin planlaşdırılması;
  • Avadanlıqların, elektrik panellərinin, kabel xətlərinin və s. düzgün adlandırılması; 
  • Elektrik, Ethernet, FO kabellərin çəkilməsi;
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasını yerinə yetirmək;
  • Aşkar olunmuş nasazlıqların aradan qaldırılması üçün işin təşkili;
  • Fiziki olaraq serverlerin, sviçlərin və s. cihazların rəklərə yerləşdirilməsi.

 

Namizədlərdən CV-lərini “Data mərkəzlərinin infrastrukturu üzrə texnik” mövzusu ilə [email protected]  ünvanına göndərmək xahiş olunur. 

Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: