logo

Məhsul üzrə data analitik (Product data analyst)

  • Kateqoriya: Informasiya texnologiyaları
  • Şəhər: Bakı
  • Ünvan: Üzeyir Hacibəyli 57 (Port Baku)
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 7921
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 16.09.2024
  • Elanın bitmə tarixi: 16.10.2024
Namizədə tələblər
  • Data Elmləri (Data Science), Statistika, Biznes, İqtisadiyyat və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi;
  • Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti;
  • Data analitiki və ya məhsul analitiki vəzifəsində minimum 2-3 illik iş təcrübəsi;
  • Statistik təhlil, verilənlərin modelləşdirilməsi və data vizuallaşdırılması üzrə bacarıqlar;
  • SQL və data analitikasına dair proqramlaşdırma dilləri (Python) üzrə yüksək biliklər;
  • Analitik alətlərlə (məsələn,Tableau, Power BI və ya Looker) üzrə təcrübə;
  • Templi mühitdə çoxsaylı layihələri idarə etmək bacarığı. 
İş haqqında məlumat

Şirkət haqqında

Umico Market (Umico.az) Azərbaycanda “SuperApp” sinfinə aid olan ilk mobil tətbiqdir. Marketpleys, loyallıq proqramı və maliyyə xidmətləri bir tətbiqdə.  O, istifadəçilərə bütün alış-verişlərdən bonus qazanmağa və onlayn alış-veriş etməyə imkan verir. Məqsədimiz Azərbaycanda bir nömrəli alış-veriş tədbiqi olmaqdır. "Dukan" layihəsi Umico-nun onlayn ərzaq alış-verişi və çatdırılması xidmətini həyata keçirən platformadır. Məqsədimiz məhsul çeşidini geniş və əlçatan edərək sifarişlərinizi birbaşa olaraq qapınıza sürətli çatdırmaqdır.

 

Vəzifə - Məhsul üzrə Data Analitik (Product Data Analyst)

 

Vəzifə öhdəlikləri:

  • Müxtəlif mənbələrdən, o cümlədən data bazalarından böyük datasetlərin toplanması, təmizlənməsi və yoxlanılması;
  • Əsas performans göstəricilərini (KPI) izləməklə məhsul performansının (user engagement, conversion rates, churn rates) təhlil edilməsi;
  • Məhsulun performansı, istifadəçi davranışı və bazar tendensiyaları haqqında faydalı anlayışları təmin edən ətraflı hesabatların və panellərin (dashboard) yaradılması;
  • Məhsul menecerləri, mühəndislər, marketoloqlar və satış qrupları ilə onların data ehtiyaclarının anlaması və məhsul strategiyasını idarə edən anlayışların təmin edilməsi üçün sıx əməkdaşlıq edilməsi;
  • Məhsulun təkmilləşdirilməsi, funksionallığın artırılması və strateji təşəbbüslər üçün data əsaslı  tövsiyələrin verilməsi;
  • Nəticələrin hazırlanması və menecerlər də daxil olmaqla maraqlı tərəflərə təqdim edilməsi;
  • Səmərəliliyi və dəqiqliyi artırmaq üçün datanın təhlil edilməsi, hesabat vermə və vizuallaşdırma üçün alətlərin və sistemlərin hazırlanması və qorunması;
  • İş axının sadələşdirilməsi və əl işlərinin azadılması üçün gündəlik dataların işlənməsi tapşırıqlarının və hesabat funksiyalarının avtomatlaşdırılması;
  • Analitik proseslərdə ardıcıllığın və keyfiyyətin təmin edilməsi, data təhlili üçün ən yaxşı təcrübələrin yaradılması və təşviq edilməsi;
  • Məhsulun məqsəd və vəzifələri üzrə uyğunluğun təmin edilməsi üçün kross-funksiyalı komandalarla əməkdaşlıq;
  • Data təhlili alətləri, metodologiyaları və ən yaxşı təcrübələr üzrə komanda üzvlərinə təlim və dəstək verilməsi;
  • Toplanan məlumatları və fikirləri komanda ilə paylaşaraq data əsaslı mədəniyyətin davamlı inkişaf edilməsi.

 

Şərtlər :

  • İş rejimi: 5/2
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
  • İş yeri: Üzeyir Hacibəyli 57 (Port Baku)

 

Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki,  cv-ni " Məhsul üzrə Data Analitik (Product Data Analyst)" mövzu hissəsində qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər. 

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: