logo

Texniki ofis mühəndisi (Bakı)

  • Kateqoriya: Sənaye və kənd təsərrüfatı
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Sığorta: Bəli olunur
  • Elan ID: 9483
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 14.01.2025
  • Elanın bitmə tarixi: 13.02.2025
Namizədə tələblər
  • İnşaat sahəsində ali təhsil;
  • Tikinti layihələrinin idarəedilməsi üzrə 3-4 il iş təcrübəsi;
  • MS Office, AutoCAD 2D/3D, üzrə yaxşı səviyyədə;
  • İngilis dili üzrə yazılı və şifahi bilik. Rus dil biliyi üstünlükdür.
İş haqqında məlumat
  • Layihənin icra prosessində sahədə görülmüş fiziki işlərin maliyyə hesabatı aktlarının (Forma 2 və Forma 3) hazırlanıb, təsdiq edilməsi prosessinin təmin edilməsi;
  • Həmçinin sahədə podratçı təşkilatların görmüş olduğu fiziki işlərin maliyyə hesbatı aktlarının (Forma 2 və Forma 3) təsdiqlənmiş smeta sənədləri üzrə uyğunluğunu yoxlayıb, reyestrin aparılması;
  • Sahənin işlərin yerinə yetirilməsi üçün lazım olan bütün sənədlər və materiallarla təmin edilməsi;
  • Tikinti üzrə sənədləşmənin qiymətləndirilməsinin hazırlanması və ərazi üçün lazımı iş metodologiyasının hazırlanıb tətbiq edilməsi;
  • Gündəlik işlərin görülməsi ardıcıllığının icrası və sahə ilə əlaqələndirilməsi;
  • Subpodratçılarla mütəmadi olaraq əlaqə saxlamaq və subpodratçıya aid işlərə dair iş tələbinin hazırlanmasına kömək etmək;
  • Subpodratçılardan alınan təkliflərin texniki və kommersiya üzrə müqayisəsini təhlil etmək və ödəniş sənədləri də daxil olmaqla subpodrat işlərini izləmək;
  • Bütün tələb olunan daimi materiallar üçün tələb sənədlərini hazırlamaq, materialların təminatı və təsdiq prosesini izləmək;
  • Tikintinin icrası zamanı problemlərin həll edilməsi üçün təkliflərin verilməsi, proseslər arasında ziddiyyət yarandıqda bu barədə lazımı şəxslərə məlumat vermək;
  • İş zamanı məsuliyyətli və dəqiq olmaq, mütəmadi rəhbərliyə hesabat vermək;
  • Texniki ofis üzrə siyasət və prosedurlarının həyata keçirilməsində iştirak etmək;
  • Layihə üzrə müqavilə sənədləri ilə tanış olmaq (vaxt cədvəli, layihə dizayn cizgiləri, qiymət cədvəli və s.);
  • Tikinti zamanı yarana biləcək hər hansı gözlənilməz texniki çətinliklərin və digər problemlərin həllində iştirak etmək/məlumat vermək;
  • Layihənin sonunda yekun hesabatların hazırlanması və layihə rəhbərinə təhvil verilməsi.

 

İş şərtləri:  

  • İş qrafiki: Tam iş günü;  
  • Könüllü tibbi sığorta;
  • İş saatları: 09:00-18:00;
  • Əmək haqqı: Rəqabətə davamlı. 

 

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Texniki ofis mühəndisi” (Bakı) yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: