- Kateqoriya: Sənaye və kənd təsərrüfatı
- Şəhər: Yevlax
- İş təcrübəsi: 3-5 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Texniki təhsil
- İş rejimi: Tam-ştat
- Nahar: Bəli verilir
- Sığorta: Bəli olunur
- Elan ID: 9478
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 14.01.2025
- Elanın bitmə tarixi: 13.02.2025
Namizədə tələblər
- Təhsil: Texniki sahə üzrə ali təhsil;
- Təcrübə: Tikinti sahəsində 3 ildən çox iş təcrübəsi;
- Əlavə: Texniki proqramlar üzrə təcrübə;
- Dil biliyi: İngilis dili və rus dili yaxşı səviyyədə.
İş haqqında məlumat
- Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edir;
- Elektrik avadanlıqlarının və ekoloji avadanlıqların, enerji sistemlərinin texniki cəhətdən düzgün işləməsi, vaxtında təmiri, enerji istehsalının fasiləsiz təmin edilməsi;
- Hazırlanmış layihələr barədə rəylər verilməsi, elektrik stansiyaları və şəbəkələrinin istismara verilməsi və sınaqdan keçirilməsində iştirak edilməsi;
- Yeraltı tikililəri və kommunikasiyaları qorumaq üçün işlər görülməsi, rabitə, siqnal, ölçmə, nəzarət, mühafizə və avtomatlaşdırma cihazlarının yoxlanılmasını, habelə qazanxanalarda təzyiq cihazlarına nəzarətin təmin edilməsi;
- Smeta sənədlərin hazırlanması üçün iş həcmlərini toplanılması və digər metodiki göstərişləri hazırlamaq
- Layihələrin tərtib edilməsi, oxuması və təhlil edilməsi;
- Materialların, konstruksiyaların və məmulatların araşdırılmasını, bu istiqamətdə beynəlxalq əlaqələrin qurulması üzrə təkliflərin verilməsi;
- Texniki istismar, su təchizatı şəbəkələrinin və qurğularının fasiləsiz işləməsinin təmin edilməsi, şəbəkələrin, qurğuların və avadanlıqların lokallaşdırılması və zərərin aradan qaldırılması üçün işlərin aparılmasına nəzarət edilməsi;
- Su təchizatı və kanalizasiya qurğularının qeydiyyatı və sertifikatlaşdırılması, təmir edildikdən sonra sənədlərə dəyişikliklər edilməsi;
- Tikinti işlərinin əsas mərhələlərinin istiqamət konsepsiyasının işlənib hazırlanmasında iştirak edir;
- Tikinti və istehsalat işlərinin mərkəzi idarə olunmasını təşkil edir, podradçı və subpodradçı təşkilat və briqadaların işlərini əlaqələndirir;
- Layihənin reallaşdırılmasının iş planına müvafiq olmasını təşkil edir;
- Layihə həyata keçirilən ərazilərə daimi baxış keçirilməsi və işlərin gedişatının monitorinqinin icrası.
İş şərtləri:
- İş qrafiki: Tam iş günü;
- İş yeri: Yevlax;
- Yaşayış yeri və nahar yeməyi şirkət tərəfindən təmin edilir;
- Könüllü tibbi sığorta;
- Əmək haqqı rəqabətə davamlı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə Elektrik mühəndisi (MEP üzrə mühəndis) yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.