logo

Texniki normativ tənzimləmə şöbəsi–Aparıcı mütəxəssis (Enerji üzrə)

  • Kateqoriya: Sənaye və kənd təsərrüfatı
  • Şəhər: Bakı
  • Ünvan: Üzeyir Hacıbəyov küçəsi, 84
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • Yaş: 25 - 40
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 10667
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 20.02.2025
  • Elanın bitmə tarixi: 22.03.2025

Namizədə tələblər

  • Elektroenergetika üzrə texniki ali təhsil və ixtisas profilinə uyğun 1 ildən az olmayaraq iş təcrübəsi;
  • Yaş həddi 25-40 aralığı;
  • Microsoft Office proqramı üzrə hesabatları,  arayış və təqdimatları yüksək səviyyədə hazırlamaq bacarığına malik olmalıdır;
  • Müvafiq sahə üzrə qanunvericilik aktlarını və standartları bilməlidir;
  • Texniki şərtləri, texniki tapşırıqları və digər sənədləri qarşılıqlı müqayisə etmək bacarığı;
  • Azərbaycan dilini səlis bilməli, ingilis və ya rus dilini  yüksək səviyyədə;
  • Fikrini düzgün ifadə etmə və savadlı  yazı qabiliyyəti.
İş haqqında məlumat
  • Müvafiq sahə üzrə qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının, məqsədli proqramların hazırlanması üçün təkliflər verir;
  • İstehlakçıların elektrik və istilik enerjisi təchizatında kəsintilərə dair limitlərinin müəyyənləşdirilməsi və müvafiq qaydaların hazırlanması üçün təkliflər verir;
  • Enerji sahəsində fəaliyyət göstərən dövlət müəssisələrində hər il üçün yanacaq-enerji resurslarının istifadəsi, itkisi və texnoloji sərfi normalarının təyin edilməsində iştirak edir, bu normaların azaldılması üzrə tapşırıqları hazırlayır, enerjiyə qənaət planı üzrə təşkilati-texniki tədbirlərin yerinə yetirilməsi üçün təkliflər verir; 
  • Tikilən, yenidən qurulan obyektlərin layihə sənədlərinin, həmçinin sahibkarın müraciəti əsasında, fəaliyyətdə olan obyektlərin enerjidən səmərəli istifadəsi üçün tövsiyələr verir;
  • İş bölgüsünə əsasən müvafiq sahə üzrə məlumatları toplayıb təhlillər aparır və nəticə olaraq təkliflər verir; 
  • Vəzifəsini yerinə yetirmək üçün səlahiyyəti daxilində Agentliyin digər strukturlarından zəruri məlumat və sənədləri alır;
  • Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə eyni sahədə fəaliyyət göstərən beynəlxalq mütəxəssislərlə (ekspertlərlə) təcrübə mübadiləsi aparır və təkliflər verir;
  • Şöbə müdirinin tapşırığı ilə digər təşkilatlarda, iclas, seminar, konfrans və müşavirələrdə iştirak edir;
  • Şöbəyə daxil olan layihələrin təhlilini, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir;
  • Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
  • Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

 

Digər:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
  • İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.

 

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Texniki normativ tənzimləmə şöbəsi – Aparıcı mütəxəssis (Enerji üzrə)) qeyd edin

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: