logo

Tender və qiymətləndirmə üzrə mütəxəssis

  • Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • Ünvan: N. Nərimanov rayonu, Əhməd Rəcəbli küç. 51K
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 12119
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 08.04.2025
  • Elanın bitmə tarixi: 08.05.2025

Namizədə tələblər

  • Ali təhsil (İqtisadi təhsilin olması üstünlükdür);
  • Azərbaycan dili İngilis və Rus dilində sərbəst başa düşmək və yazı bacarığı;
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • MS Office (Word, Excel) yüksək səviyyədə bilmək; 
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
  • Müqavilələrlə iş təcrübəsi;
  • Yüksək riyazi-analitik qabiliyyət, ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmaq, planlama qabiliyyəti.
İş haqqında məlumat
  • Tender siyahıları əsasında sifarişlərin hazırlanması və təchizatçılardan alınan qiymətlər əsasında baza yaradılması;
  • Təchizatçılardan alınan qiymətlərinin müqasiyəli təhlili və Təchizat şöbəsi tərəfindən tənzimlənmiş qiymətlərlə uzlaşdırılması;
  • Sifariş olunan məhsulların qeydiyyatına nəzarətin edilməsi;
  • Təchizatçılarla öncədən razılaşdırılmış şərtlər əsasında müqavilələrin bağlanması;
  • Anbar qalığına əsasən sifarişlərin hazırlanması və yerləşdirilməsi
  • Təchizatçılardan alınan qaimələr əsasında ödənişlərin edilməsinə nəzarət;
  • Malların vaxtında çatdırılmasına,yük sənədlərinin düzgün hazırlanmasına və malların optimal surətdə daşınmasına nəzarət;
  • Vaxtaşırı yeni təchızat mənbələrinin axtarılması, mövcud təchizatçılarla əməkdaşlığın səmərəli inkişafı yönündə görüşlərin keçirilməsi;
  • Tenderin Əsas Şərtlər Toplusunun hazırlanması/nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi və bunun nəticəsi olaraq baxılan tenderdə şirkətin iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyin məlumatlandırılması;  
  • Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində tender komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması
  • Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
  • Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
  • Tender və sorğu proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması;
  • Müəssisələr tərəfindən təchiz olunan mal və xidmətlərin keyfiyyətlərinin təhlili məqsədi ilə qurulmuş sistemin fəaliyyətini təmin etmək;
  • Tender və digər müsabiqələrin keçirilməsi üçün araşdırılmaların aparılması;
  • Mütəmadi bazar araşdırması edərək potensial tədarükçülərin tapılması, qiymət dalğalanmalarının müəyyən edilməsi və yeni həll yollarının hesabatının təqdim edilməsi;
  • Müqavilə şərtləri barəsində razılaşmaq üçün podratçılarla danışıqların aparılması;
  • Müdriyyətə aylıq və rüblük hesabatın verilməsi;
  • Malın təhvili,keyfiyyətin yoxlanılması və təslimini təmin edilməsi.

 

Şərtlər:

  • Ünvan: N. Nərimanov rayonu, Əhməd Rəcəbli küç. 51K;
  • Korporativ nömrə müəssisə tərəfindən qarşılanır;
  • Əmək haqqı: Razılaşdırılma yolu ilə;
  • İş günləri: həftə içi 5 gün, 09:00-18:00.

 

Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər mövzu yerində “Tender və qiymətləndirmə üzrə mütəxəssis” qeyd edərək, öz CV-lərini Müraciət et butonunda qeyd edilən elektron poçt ünvanına göndərə bilərlər;

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: