logo

Satınalma mütəxəssisi - layihələr üzrə

  • Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 12567
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 16.04.2025
  • Elanın bitmə tarixi: 16.05.2025

Namizədə tələblər

  • Ali təhsil (İqtisadiyyat, maliyyə, menecment və oxşar sahələr);
  • Satınalma sahəsində minimum 3 il iş təcrübəsi olmalı;
  • Məsuliyyətli, dəqiq və detallara fikir vermək qabiliyyəti;
  • Kompüter bacarıqları: MS Office proqramları (Excel,Word, Outlook proqramlarını yaxşı bilməli)
  • Danışıqların yüksək səviyyədə aparılması, qarşılıqlı əlaqələrin qurulması və problemləri həll etmək bacarığı;
  • Effektiv şifahi və yazılı ünsiyyət bacarığı;
  • Komanda ilə işləmək bacarığı.
İş haqqında məlumat
  • Cəmiyyətin satınalma qaydalarına riayət etmək;
  • Şöbəyə daxil olmuş xidməti məktub, məlumat əsasında ölkədaxili və ölkəxarici satınalınan malların sifarişlərinin cəmiyyətin satınalma qaydalarına uyğun icra olunması;
  • Təchizatçılarla layihə şərtlərinin, müddətinin və müqavilə şərtlərinin aydınlaşdırılmasını təmin etməli;
  • Təchizatçılarla mövcud müqavilələrin nəzərdən keçirilməli;
  • Təchizatçılarla müqavilələrin tərtibi, ödənişlərin icrasının izlənilməsi;
  • Daxili bazar qiymətlərinin müqayisəli təhlilinin aparılması;
  • Malların və xidmətlərin satınalınması üçün müqavilələrin və əlavə müqavilələrin hazırlanması və icrasında iştirak etməli;
  • Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;
  • Satınalma fəaliyyəti və xərcləri barədə hesabatların verilməsi;
  • İstehsalçı tərəfindən qiymətlərin alınması, maliyyətinin çıxarılması;
  • Sorğuya əsasən tələb olunan mal-materialların analiz olunması;
  • Məhsul ödənişlərinin və  məhsulun anbara daxil olmasının nəzarətini izləmək;
  • Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

 

İş şəraiti:

  • İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək;
  • İstirahət günləri: Şənbə və bazar günləri (Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
  • Vakansiya növü: Ştatdankənar (1 illik layihə üzrə - bir illik müqavilə bitdikdə namizədin bilik bacarığınan aslı olaraq müqavilə uzadıla bilər);
  • İş yeri: “BakuBus” MMC;
  • Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq.

 

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “[email protected]” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: