logo

Strateji inkişaf departamentinin Proseslərin optimallaşdırılması şöbəsinə Aparıcı məsləhətçi

  • Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • Ünvan: N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 14206
  • E-poçt: vacancy@tabib.gov.az
  • Elanın yerləşdirmə tarixi: 07.07.2025
  • Elanın bitmə tarixi: 06.08.2025

Namizədə tələblər

  • Ali tibbi və ya sosial-iqtisadi təhsil
  • Sahə üzrə minimum 2 il iş təcrübəsi
  • Dil bilikləri: İngilis dili - yaxşı səviyyədə
  • Kompüter bilikləri: Microsoft Office – sərbəst işləmək bacarığı

 

Bacarıqlara dair tələblər:

  • Komandada işləmə bacarığı
  • Məsuliyyətlilik
  • İntizamlılıq
  • Dəqiqlik
  • Analitik düşüncə
  • Yüksək yazılı və şifahi kommunikasiya bacarıqları
  • Nəticəyönümlülük
İş haqqında məlumat
  • Mövcud iş proseslərindəki risklərin, imkanların və təkmilləşdirilməsi zəruri olan sahələrin müəyyən edilməsi;
  • TƏBİB və tabeli müəssisələrin proseslərinin təhlili və təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasında iştirak edilməsi;
  • Yeni proseslər və dəyişikliklərlə bağlı prosedurların hazırlanması və sınaq mərhələsində dəstək göstərilməsi;
  • Daxili normativ sənəd layihələrinin hazırlanmasında və təhlil edilməsində iştirak edilməsi;
  • Tibb müəssisələrinin fəaliyyəti üzrə beynəlxalq təcrübənin araşdırılması;
  • Şöbənin ümumi fəaliyyətində gördüyü işlər barədə dövrü hesabatların hazırlanması.

 

İş yeri: 

  • Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi

 

Əmək haqqı:

  • Rəqabətədavamlı əmək haqqı

 

Əlavə qeydlər:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00 – 18:00

 

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV-lər Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir. Mövzu sətrində “Proseslərin optimallaşdırılması şöbəsi – Aparıcı məsləhətçi” qeyd olunmalıdır.

 

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: