
- Kateqoriya: Informasiya texnologiyaları
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- İş rejimi: Tam-ştat
- Elan ID: 11064
- Elanın yerləşdirmə tarixi: 03.03.2025
- Elanın bitmə tarixi: 02.04.2025
Namizədə tələblər
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- SQL (MSSQL, T-SQL) dilini yüksək səviyyədə bilmək;
- SQL serverin işləmə prinsipləri üzrə dərin biliklər;
- Məlumat bazasının strukturu üzrə biliklər;
- Verilənlər bazası sxemini, cədvəlləri və əlaqələri yaratmaq və dəyişdirmək bacarığı;
- Verilənlər bazası dizaynı və normallaşdırma prinsipləri sahəsində təcrübə;
- Digər RDBMS ilə işləmə bacarığı (Oracle,MySQL,PostgreSQL və.s) arzuolunandır;
- Microsoft Office, Excel, Power BI, Power Query, Power Pivot bilikləri arzuolunandır;
- Extract, Transform, Load (ETL) prosesləri və alətləri ilə iş təcrübəsi arzuolunandır.
İş haqqında məlumat
- MS SQL Server ilə iş;
- Proqramçıların hazırladığı SQL sorğuların analiz və tənzimlənməsi;
- Böyük mürəkkəb SQL sorğuların optimallaşdırılması;
- Verilənlər bazalarının monitorinq edilərək performans tənzimlənməsi işlərinin görülməsi;
- Mövcud məlumatları, cədvəlləri, sorğuları, prosedurları, hesabatları və s. (functions, indexes, jobs) təhlil etməsi;
- Verilənlər bazası, cədvəllər və sorğuların sənədləşdirilməsi;
- Bir verilənlər bazasının başqa bir verilənlər bazasına (məlumatların) miqrasiya edilməsi;
- Müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı hesabatların hazırlanması;
- Biznesin tələbinə uyğun yeni hesabatların yazılması və mövcud hesabatlara dəyişiklik edilməsi.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.