logo

Smetaçı-mühəndis

  • Kateqoriya: Sənaye və kənd təsərrüfatı
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Nahar: Bəli verilir
  • Elan ID: 16415
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 17.02.2026
  • Elanın bitmə tarixi: 19.03.2026

Namizədə tələblər

  • Mühəndis (İnşaat mühəndisi arzu olunandır)  ixtisası üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri;
  • Eskizə və ya  layihəyə əsasən iş həcimlərinin çıxarılması, BoQ-un tərtibi və qiymətləndirilməsi;
  • Titul vərəqələrinin hazırlanmasını, aşkar olunan nasazlıqlar cədvəlinin yazılma qaydasını və digər texniki sənədlərin hazırlanma qaydasını bilmək;
  • İqtisadiyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını bilmək;
  • Azərbaycan dili (əla), İngilis və Rus dilləri arzu olunandır;
  • MS Office (Excel, Outlook, Word), 1C, AutoCAD;
  • Analitik düşüncə tərzi, dəqiqlik, operativlik.
İş haqqında məlumat

Nardaran Invest MMC Smetaçı-mühəndis vakansiyasını elan edir

 

Vəzifə öhdəlikləri:

  • Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
  • Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
  • Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
  • Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
  • Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
  • Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlamaq və bu barədə arayış tərtib etmək;
  • Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak etmək;
  • Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak etmək;
  • Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlamaq, görülən işlər barədə aktlar hazırlamaq;
  • Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görmək;
  • Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirmək ;
  • Smeta qiymətləri haqqında arayışlar tərtib etmək;
  • Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və bitməyərək yarımçıq qalmış) iş həcmləri və materialların hesablanması və cədvəllərinin hazırlanması;
  • Obyektlərdə (Sahədə) ölçü işlərinin aparılması;
  • Smetaların bazar qiymətləri ilə hesablanması;
  • Texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi);
  • Sahələrdən gələn texniki hesabatların yoxlanması.

 

 İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; 
  • İş cədvəli: 5 günlük (Həftə içi günlər saat 9:00-dan 18:00-dək);
  • Koroğlu m/s servis xidmət göstərir;
  • Yemək şirkət tərəfindən qarşılanır.

 

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: