S

Qarabağ (Füzuli) layihələri üzrə Texniki ofis mühəndisi

  • Kateqoriya: Sənaye və kənd təsərrüfatı
  • Şəhər: Füzuli
  • Ünvan: Pirəhmədli kəndi
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Texniki təhsil
  • İş rejimi: Tam-ştat
  • Nahar: Bəli verilir
  • Elan ID: 16383
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 13.02.2026
  • Elanın bitmə tarixi: 15.03.2026

Namizədə tələblər

  • Ali texniki təhsil;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Kompüter bilikləri: Microsoft Office (Word, Excel, Power Point, Outlook), AutoCAD, ArchiCAD, Revit və Sketch UP proqramlarından anlayışının olması.
İş haqqında məlumat

Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək. 

 

Vəzifə öhdəlikləri:

  • Tikinti-quraşdırma işlərinin həcminin, habelə təsdiq edilmiş layihə-smeta sənədlərinin strukturlarının, işçi heyətinin, tikinti norma və qaydalarının, standartların, texniki şərtlərin yoxlayır;
  • Tenderlər keçirilərkən ilkin müqavilə qiyməti təklifinin hazırlanmasını və tətbiq metodologiyaların əsaslandırılmasını icra edir;
  • Sahələrdən daxil olan texniki hesabatları yoxlayır;
  • Sifarişçilərdən və subpodratçılardan alınan smeta sənədlərini yoxlayır;
  • BOQ hazırlanmasını icra edir;
  • Tikinti zamanı ortaya çıxan dizayn həllərindəki dəyişikliklərin nəzərdən keçirilməsində və təsdiq edilməsində iştirak edib, dəyişikliklərin qeydiyyatını arxivləşdirilməsini təşkil edir;
  • Proseslərin bütün gedişatı ilə bağlı birbaşa rəhbərinə mütəmadi məruzə edir;
  • Tender paketləri hazırlanması zamanı layihələrə aid verilmiş texniki tapşırıqların və spesifikasiyaların analizinin aparır.

 

Əlavə məlumat:

  • İş yeri: Füzuli rayonu, Pirəhmədli kəndi;
  • Nəqliyyat servisi və nahar şirkət tərəfindən təmin olunur.

 

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, Müraciət Et düyməsində göstərilən elektron poçt ünvana CV göndərə bilərlər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: