logo

SƏTƏM mütəxəssisi

  • Kateqoriya: Sənaye və kənd təsərrüfatı
  • Şəhər: Sumqayıt
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: 1000 AZN
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Nahar: Bəli verilir
  • Sığorta: Bəli olunur
  • Elan ID: 15235
  • E-poçt: hr@atsfood.az
  • Elanın yerləşdirmə tarixi: 27.10.2025
  • Elanın bitmə tarixi: 26.11.2025

Namizədə tələblər

  • Ali təhsil (Texniki sahə üzrə);
  • İstehsalat müəssisəsində ən azı 1 il təcrübə mütləqdir;
  • Azərbaycan dili (əla), rus dili (orta), ingilis dili (orta);
  • Microsoft Office proqramı üzrə biliklər;
  • Yüksək ünsiyyət qabiliyyəti, təqdimat hazırlamaq və təqdimetmə bacarığı.
İş haqqında məlumat
  • İşə yeni qəbul olan işçilərə giriş təlimatını keçmək və təlimat jurnalında qeydiyyat aparmaq;
  • Yeni işə qəbul olanlara, podratçılara, qonaqlara, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmasının proqramını hazırlamaq və təlimat keçmək;
  • Gündəlik olaraq iş sahələrində yoxlamalar aparmaq, nöqsan və çatışmamazlıqların aradan qaldırılması barədə göstərişlər vermək və icasına nəzarət etmək;
  • İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlərin görülməsinə nəzarət etmək;
  • İstehsalatda bədbəxt hadisələrin baş verməməsi üçün önləyici tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
  • Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və dərhal məlumat vermək.
  • Ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması ilə bağlı tədbirlərin həyata keçirilməsi;
  • Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin icrasına nəzarət etmək;
  • Yanğın təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etmək;
  • Yanğına qarşı ilkin mühafizə vasitələrinin yoxlanılması, yanğın siqnalizasiya sistemlərinin, yanğın su hidrantlarının, yanğın su  nasosu və quyularının saz vəziyyətdə saxlanılmasını vaxtaşırı yoxlamaq;
  • Obyektin ilkin yanğınsöndürmə vasitələri ilə dəstləşdirilməsinə və sazlığına nəzarətin, həmçinin onlara texniki qulluğunun təşkili işlərinin həyata keçirmək;
  • Yanğın təhlükəsizliyinə aid sənədlərin, jurnalların aparılması, yanğın təhlükəsizliyinə dair təlimatları və əmrləri hazılamaq;
  • Mülki Müdafiə ilə bağlı sənədlərin hazırlanması və Mülki Müdafiə ilə bağlı tədbirlərin icrasını təşkil etmək;
  • Hündürlükdə, qapalı məkanlarda habelə digər təhlükə potensiallı işlərin təhlükəsiz icrasına dair Naryad Buraxılış hazırlanmasına nəzarət etmək və ehtiyac olduğu hallarda bu sahədə metodiki yardım göstərmək;
  • Təhlükə potensiallı işlərin icrası zamanı “Fövqəladə Hal Planı” işləyib hazırlamaq;
  • Fövqəladə hallar üzrə təlimləri hazırlamaq, təşkil etmək və hesabatlar hazırlamaq;
  • İş şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
  • İş yerlərində təhlükəli və zərərli istehsalat amillərini aşkar etmək;
  • Qanunvericiliyə uyğun sənədləşmə prosesinin həyata keçirmək;
  • İşçilər üçün maarifləndirici nəzəri və praktiki SƏTƏM təlimləri keçmək;
  • SƏTƏM xidməti üzrə mütəmadi hesabatları hazırlayıb, rəhbərliyə təqdim etmək;
  • Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək;
  • Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət etmək;
  • Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək.

 

Qeyd: FHN şəhadətnaməsi olması mütləqdir (Əgər ali təhsili Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi ixtisası üzrədirsə şəhadətnamə mütləq deyil).

 

İş qrafiki:

  • 5 günlük iş qrafiki;
  • İş saatı: 09:00-18:00.

 

Əmək haqqı: 1000 AZN

 

İş yeri: Sumqayıt şəhəri

 

Üstünlüklərimiz: 

  • Rəsmi əmək haqqı
  • Nahar ilə təmin edilmə
  • Servis təminatı
  • Könüllü tibbi sığorta
  • Korporativ nömrə və danışıq limiti

 

Tələblərə cavab verən namizədlər öz CV-lərini “SƏTƏM mütəxəssisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: