logo

SƏTƏM Mütəxəssisi

  • Kateqoriya: Sənaye və kənd təsərrüfatı
  • Şəhər: Bakı
  • Ünvan: Aşıq Molla Cümə 46 C.
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Nahar: Bəli verilir
  • Elan ID: 10496
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 14.02.2025
  • Elanın bitmə tarixi: 16.03.2025

Namizədə tələblər

  • Problem həll etmə bacarığı və detallara diqqət;
  • Effektiv ünsiyyət və komandada işləmək bacarığı;
  • Yüksək ünsiyyət qabiliyyəti;
  • Təqdimetçə bacarığı;
  • İSO 9001:2015, İSO 14001:2015, İSO 45001:2018, IOSH üzrə məlumatlılıq;
  • Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür;
  • Microsoft Office proqramı üzrə biliklər.

 

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali təhsil (Texniki sahə üzrə və ya Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi);
  • İş təcrübəsi: sahə üzrə min. 3 il iş təcrübəsi.
İş haqqında məlumat
  • İş yerlərində əməyin mühafizəsi üzrə qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət etmək;
  • Yeni işə qəbul olunanlara, podratçılara, qonaqlara, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrlə əməyin mühafizəsi üzrə giriş,yanğın təhlükəsizliyi üzrə təlimatlandırmanın proqramını hazırlamaq və təlimat keçmək;
  • Struktur bölmələrin rəhbərləri tərəfindən işçilərə ilkin,təkrar,cari,plandan kənar təlimatların vaxtlı-vaxtında keçirilməsini və müvafiq qeydiyyatların aparılmasını daim nəzarətdə saxlamaq;
  • Fəhlə və qulluqçuların ,mühəndis texniki işçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasını və və müvafiq qeydiyyatların aparılmasını daim nəzarətdə saxlamaq;
  • Xidmətlərə, şöbələrə  SƏTƏM üzrə proseslərdə metodik vasitələr ilə kömək etməlidir;
  • Təlimatlarla bağlı sənədlərin düzgün aparılmasını təşkil etmək və daimi yoxlamaq;
  • İş yerində baş vermiş iş qəzaları , xəsarətlərin səbəblərinin analizi və qarşısının alınması üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsinin təşkil etmək;
  • Tibbi vasitələrin sahələrdə təmin olunmasını təşkil etmək və daim nəzarətdə saxlamaq;
  • İşçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət etmək;
  • İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər vasitələrinin standartlara və sahə normalarına uyğun olmasına və bu vasitələrdən;
  • istifadəsinə nəzarət etmək;
  • SƏTƏM qaydalarına riayət edilməsinə nəzarət etmək üçün sahə monitorinqləri aparmaq və uyğunsuzluqların aradan qaldırılması üçün müvafiq göstərişlər vermək;
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasında iştrak  etməlidir;
  • Tullantıların idarə olunmasına nəzarət prosesində iştirak etməlidir;
  • Sahələrin və iş yerlərinin plakatlarla, təhlükəsizlik və xəbərdaredici nişanlarla və digər təbliğat vasitələri ilə təmin etməlidir;
  • İstismar olunan avadanlıqların və texniki qurğuların, yükləri daşıyan nəqliyyat vasitələrinin, həmçinin əməyin mühafizəsi və texniki təhlükəsizlik, ətraf mühitin mühafizəsi sahəsi üzrə sertifikatlaşdırma, müvafiq lisenziyaların (icazələrin) və rəyinin alınması işlərinin icra olunmasında iştirak etmək;
  • Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasında iştirak etməlidir;
  • Şirkətin SƏTƏM üzrə risk qiymətləndirmələrini mütəmadi nəzərdən keçirmək və əməl olunmasına nəzarət etmək;
  • Obyektlərdə elektrik sistemlərinin daim saz vəziyyətdə olmasına və sınaqların edilərək aktlaşdırılmasına nəzarət etmək;
  • Yanğından mühafizə sistemlərinin ( hydrant,daxili yanğın su kranı,sprinkler,xəbərverici qurğular,ilkin odsöndürən balonlar və s. ) daim saz vəziyyətdə olmasını daim yoxlamaq,zəruri tədbirlər görmək.

 

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Aşıq Molla Cümə 46 C.

 

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Nahar şirkət tərəfindən təmin olunur.

 

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “SƏTƏM mütəxəssisi” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: