
- Kateqoriya: Sənaye və kənd təsərrüfatı
- Şəhər: Cəbrayıl
- İş təcrübəsi: 5 ildən çox
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 11080
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 03.03.2025
- Elanın bitmə tarixi: 02.04.2025
Namizədə tələblər
- Ali təhsil (SƏTƏM, mühəndislik, ekologiya və ya əlaqəli sahələr üzrə).
- ISO 45001 və ISO 14001 və Beynəlxalq standartların tələbləri üzrə lazımı biliklərə və sertifikatlara malik olmalı.
- Müvafiq sahədə ən azı 5 ildən az olmayan iş təcrübəsi.
- Təhlükəsizlik, əmək və ətraf mühit üzrə qanunvericilik və tənzimləmələr haqqında bilik.
- Güclü idarəetmə və liderlik bacarıqları.
- Təlim keçmə və maarifləndirmə bacarıqları.
- Analitik düşüncə və problem həll etmə qabiliyyəti.
- Yaxşı ünsiyyət və təşkilati bacarıqlar.
- Dil bilikləri: Azərbaycan və İngilis dillərində sərbəst ünsiyyət bacarığı, rus dili arzu olunandır.
İş haqqında məlumat
Əmək haqqı başlanğıc olaraq net 2200 AZN-dən başlamaqla, maaş sınaq müddətindən sonra artandır.
“SƏTƏM Meneceri”-nin Əsas Vəzifə və Məsuliyyətləri:
Şirkətin təhlükəsizlik, əmək və ətraf mühit üzrə siyasətlərinin hazırlanması, tətbiqi və nəzarət olunması. Şirkətin əməliyyatlarının bütün müvafiq qanun və tənzimləmələrə, ISO 45001 (Sağlamlıq və Təhlükəsizlik) və ISO 14001 (Ətraf Mühit) uyğunluğunu təmin etmək.
- Şirkət daxilində və layihə ərazilərində SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) siyasətinin formalaşdırılması, tətbiqi və nəzarəti.
- İşçilərin təhlükəsizlik qaydalarına riayət etməsini təmin etmək üçün nəzarət və təlim proqramlarının hazırlanması.
- Təhlükəsizlik avadanlıqlarının düzgün istifadə olunmasını təmin etmək.
- Əmək qanunlarına uyğunluqla bağlı siyasət və prosedurların hazırlanması.
- İşçi hüquqlarının qorunması və əmək şəraitinin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi.
- Əmək hüquqları ilə bağlı mütəmadi olaraq işçiləri məlumatlandırmaq.
- Ətraf mühitə təsirlərin qiymətləndirilməsi və azaldılması üçün tədbirlərin görülməsi.
- SƏTƏM sahəsində qanunlar və qaydalardakı dəyişikliklərdən xəbərdar olmalı
- Ətraf mühitin qorunması ilə bağlı proqramların hazırlanması və tətbiqi.
- Tullantıların idarə olunması və təkrar emal proseslərinin təşkil edilməsi.
- Potensial təhlükə və risklərin müəyyən edilməsi və qiymətləndirilməsi.
- Risklərin azaldılması üçün tədbirlərin hazırlanması və həyata keçirilməsi.
- Qəza və fövqəladə hallar zamanı müvafiq tədbirlərin görülməsi və sənədləşdirilməsi.
- İşçilər üçün mütəmadi təlim proqramlarının hazırlanması və keçirilməsi.
- Təhlükəsizlik, əmək və ətraf mühit ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili.
- Təhlükəsizlik, əmək və ətraf mühit üzrə məlumatların yığılması və təhlili.
- Hesabatların hazırlanması və müvafiq orqanlara təqdim olunması.
- Daxili audit proqramlarının hazırlanması və icrası.
- Xarici auditlərə hazırlıq və onların keçirilməsində iştirak
Əmək Şərtləri:
- İş yeri: Cəbrayıl şəhəri.
- Altıgünlük iş həftəsi
- Sahə şəraitində işləmə imkanı.
Müraciət üçün: Maraqlanan namizədlər öz CV-lərini elektron poçt ünvanına göndərin. Mövzu sətrində "SƏTƏM Meneceri" yazmağınız xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Oxşar vakansiyalar

Halal - P
Avtomatika və Elektronika mühəndisi
Maaş: Müsahibə əsasında
12.03.2025
Bakı
1

Invest AZ QSC
Elektrik
Maaş: Müsahibə əsasında
11.03.2025
Bakı
19

Amal Group
Sahə mühəndisi
Maaş: Müsahibə əsasında
11.03.2025
Bakı
17

Amal Group
Texniki Şöbə Mühəndisi
Maaş: Müsahibə əsasında
11.03.2025
Bakı
18

North West Construction
Tabelçi (Region)
Maaş: Müsahibə əsasında
10.03.2025
Bakı
15

Socar Polymer
Analyzer Technician
Maaş: Müsahibə əsasında
07.03.2025
Sumqayıt
47