logo

Senior Linux Administrator

  • Kateqoriya: Informasiya texnologiyaları
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 11224
  • Elanın yerləşdirmə tarixi: 06.03.2025
  • Elanın bitmə tarixi: 05.04.2025

Namizədə tələblər

  • Ali təhsilə (İnformasiya texnologiyaları, kompüter elmləri və ya kompüter mühəndisliyi üzrə bakalavr dərəcəsi);
  • Sistem və şəbəkələrin idarə olunması sahəsində ən azı 3 illik iş təcrübəyə;
  • Linux əməliyyat sistemlərinə (müxtəlif distrubitivlər RedHat, CentOS, Debian) dair nəzəri və praktiki biliklərə (inzibatçılıq səviyyəsində);
  • Graylog, Zabbix və ya PRTG kimi monitorinq və log idarəetmə sistemləri ilə iş təcrübəsinə;
  • Apache, Nginx, HAProxy, Squid serverlərində inzibatçılıq təcrübəsinə;
  • DNS, DHCP, SSL/TLS, iptables və firewall konfiqurasiyasında orta dərəcəli biliklərə;
  • Linux mühitlərində yeniləmə proseslərinin planlanması, kritik yeniləmələrin təsirlərinin qiymətləndirilməsi və minimal kəsinti ilə iş mühitinə inteqrasiya edilməsi üzrə praktiki biliklərə;
  • LVM, RAID, NFS, SMB, və EXT4, XFS kimi fayl sistemlərində təcrübəyə;
  • Red Hat Sertifikatlarına: RHCSA, ( RHCE sertifikatına sahib olması arzuolunandır);
  • Texniki sənədlərlə işləmək üçün ingilis dili biliklərinə sahib olmaq (rus dili arzuolunandır).

 

Üstünlüklər

  • İnkişaf imkanları;
  • Rəqabətli əmək haqqı və bonuslar;
  • Yüksək təminatlı sığorta;
  • Dəstəkləyici mühit;
  • Visa Premium əmək haqqı kartı;
  • Korporativ endirimlər;
  • Korporativ tədbirlər;
  • Əlavə məzuniyyət;
  • Güzəştli təhsil və işçi krediti.
İş haqqında məlumat

Birbankın İT infrastrukturunun davamlı fəaliyyəti üçün sistem davamlılığının təminatı və mövcüd olan problemlərin effektiv şəkildə həll edilməsi üçün namizəd axtarırıq. Bankın fəaliyyətini dayanıqlı və fasiləsin təmin etmək və yüksək səviyyədə xidmət göstərmək əsas məqsədlərimizdəndir.

 

Öhdəliklər

  • RedHat, CentOS, Debian və digər Linux distrubutivlərində inzibatçılıq səviyyəsində əməliyyat sistemlərinin quraşdırılması, konfiqurasiyası və idarə edilməsi;
  • Graylog, Zabbix, PRTG kimi monitorinq və log idarəetmə sistemlərinin quraşdırılması, konfiqurasiyası və gündəlik istifadə edilməsi;
  • Apache, Nginx, HAProxy, Squid serverlərinin quraşdırılması, konfiqurasiyası və idarə edilməsi;
  • Ansible və digər avtomatlaşdırma alətləri ilə serverlərin və sistemlərin avtomatlaşdırılması və konfiqurasiyasının idarə edilməsi;
  • DNS, DHCP, SSL/TLS, iptables və firewall konfiqurasiyalarının idarə edilməsi, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi;
  • Docker və konteyner orkestrasiya sistemləri (Kubernetes arzuolunandır) ilə konteynerlərin idarə olunması və optimallaşdırılması;
  • LVM, RAID, NFS, SMB, EXT4, XFS kimi fayl sistemlərinin idarə edilməsi və optimallaşdırılması;
  • Şəbəkə daxilində dəqiq zaman sinxronizasiyasını təmin etmək üçün yerli NTP serverlərinin qurulması və idarə edilməsi;
  • Müxtəlif əməliyyat sistemləri üçün yerli repozitoriyaların (depozitoriyaların) quraşdırılması, idarə olunması və konfiqurasiyası;
  • Linux mühitlərində əməliyyat sistemlərinin yeniləmələrinin planlanması, kritik yeniləmələrin təsirlərinin qiymətləndirilməsi və minimal kəsinti ilə iş mühitinə inteqrasiya edilməsi;
  • VMware və digər virtualizasiya platformalarında serverlərin və virtual mühitlərin idarə edilməsi və optimallaşdırılması.
  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: