
- Kateqoriya: Informasiya texnologiyaları
- Şəhər: Bakı
- İş təcrübəsi: 1 ildən az
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 13184
- Elanın yerləşdirmə tarixi: 06.05.2025
- Elanın bitmə tarixi: 05.06.2025
Namizədə tələblər
- Komputer Elmləri, İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları və digər əlaqəli sahə üzrə Ali təhsili;
- İT Audit, İnformasiya Təhlükəsizliyi, İT Risklərin idarə edilməsi və ya digər oxşar sahələr istiqamətində bilik və ya təcrübəsi;
- ITIL, COBIT və digər əlaqəli İT idarəetmə standartları haqqında biliklər və ya təcrübə;
- Agile Scrum, Kanban metodologiyaları haqqında bilikləri;
- Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi, Rus dilində orta səviyyədə ünsiyyət bacarığı;
- Layihə idarəetmə, yüksək ünsiyyət və komandada işləmək bacarıqları;
- Yüksək analitik düşüncə və problem həll etmə bacarığı;
- MS Ofis proqramları ilə yaxşı səviyyədə işləmək bacarığı olan;
- COBİT, İTİL, CİSA, CİSM və ya digər əlaqəli İT sertifikatların olması üstünlükdür.
İş haqqında məlumat
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
“ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
- rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- yüksək komanda ruhunda əməkdaşlıq;
- karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- İT İdarəetmə (IT Governance and Management) Sisteminin və müvafiq İT nəzarət mexanizmlərinin beynəlxalq standartların tələblərinə (COBİT, İTİL və s.) və qabaqcıl təcrübələrə uyğun analiz edilməsi, dizayn edilməsi və uyğun layihələrin idarə olunması;
- İT proseslərin effektivliyinin artırılması istiqamətində mütəmadi olaraq praktikaların araşdırılması və Bankda tətbiqində dəstək göstərilməsi;
- İT Proseslər üzrə normativ sənədlərin yaradılması, uyğun strukturlarla kommunikasiya edilməsi, normativ sənədlərin mütəmadi olaraq nəzərdən keçirilməsi və yenilənməsinə dəstək olmaq;
- İT audit tapıntılarının, İT riskərin aradan qaldırılması istiqamətində nəzarət mexanizmlərinin təklif edilməsi və tətbiqində dəstək göstərilməsi;
- Bankda tətbiq edilən İT nəzarət mexanizmlərinin requlyativ tələblərə uyğunluğunun mütəmadi olaraq nəzarət edilməsi və tətbiq edilməsində dəstək göstərilməsi;
- Edilmiş işlərlə bağlı mütəmadi olaraq hesabatların hazırlanması və təqdim edilməsi.
Əgər axtardığımız namizəd sizsinizsə Müraciət et düyməsində qeyd olunan linkə daxil olub qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Oxşar vakansiyalar

ABB ASC
Texniki xidmət və proqram təminatının yüklənməsi üzrə mütəxəssis
Maaş: Müsahibə əsasında
06.05.2025
Bakı
15

Azərbaycan Respublikasının Mərkəzi Bankı
Böyük-mühəndis proqramçı - Rəqəmsal Həllər
Maaş: Müsahibə əsasında
06.05.2025
Bakı
16

Bestcomp Group
Cisco CX manager
Maaş: Müsahibə əsasında
05.05.2025
Bakı
16

Umico (Competo MMC)
Data Governance Specialist
Maaş: Müsahibə əsasında
05.05.2025
Bakı
22

Umico (Competo MMC)
Data Analyst
Maaş: Müsahibə əsasında
05.05.2025
Bakı
18

Caspian Innovation Center
Data Engineer
Maaş: Müsahibə əsasında
05.05.2025
Bakı
19