logo

Səhiyyə iqtisadiyyatı şöbəsinin mütəxəssisi

  • Kateqoriya: Maliyyə
  • Şəhər: Bakı
  • Ünvan: Begoc Biznes Mərkəzi
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 14032
  • E-poçt: cv@its.gov.az
  • Elanın yerləşdirmə tarixi: 24.06.2025
  • Elanın bitmə tarixi: 24.07.2025

Namizədə tələblər

Tələb olunan səriştə və təcrübə:

  • Təhsil: Ali təhsil (iqtisadiyyat üzrə);
  • Təcrübə: İqtisadçı, analitik, modelləşdirmə, tibbi sahələr üzrə minimum 1 il təcrübəsi olan.

 

Texniki biliklər: 

  • Excel üzrə yüksək səviyyədə biliklər;
  • SPSS, STATA, EViews, R, Python proqramları üzrə biliklərin olması üstünlükdür.

 

Şəxsi bacarıqlar:

  • Analitik təhlil, tədqiqat, təqdimat bacarıqları

 

Dil bilikləri:

  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, yaxşı səviyyədə ingilis dili biliyi.
İş haqqında məlumat
  • Göstərilən tibbi xidmətlərin analitik təhlillərinin aparılması, xərclərin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi;       
  • İcbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşməsinin təkmilləşdirilməsi istiqamətində analitik sənədlər hazırlamaq, qiymətləndirmələr aparmaq və təkliflər vermək; 
  • Ölkənin sosial-iqtisadi və demoqrafik göstəriciləri üzrə təhlillər aparmaq, icbari tibbi sığortanın daha effektiv tətbiqi və inkişafı üçün istiqamətlərin müəyyən edilməsinə dair təkliflər hazırlamaq;
  • Tibbi xidmətlərə tələbin hesablanması, tibb müəssisələrində potensialın dəyərləndirilməsi və səmərəlilik təhlili. 

 

Təklif etdiyimiz imkanlar:

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;
  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
  • Karyera inkişafı üçün yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafatlandırma sistemi.

 

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
  • İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi.

 

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi
  • Praktiki tapşırıq/test mərhələsi
  • Müsahibə

 

Müraciət qaydası:

  • CV-lərinizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
  • Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
  • Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: