M

Xərclər üzrə mütəxəssis/Menecer (tikinti üzrə)

  • Kateqoriya: Maliyyə
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1 ildən az
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 15771
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 09.12.2025
  • Elanın bitmə tarixi: 08.01.2026

Namizədə tələblər

  • Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi;
  • Azərbaycan dili – səlis, İngilis dili və ya Rus dili– orta (şifahi və yazılı);
  • Kompyuter bacarıqları - MS Office proqramları, AutoCAD.
İş haqqında məlumat
  • Təhkim olunduğu layihələrdə layihə xərclərinin planlaşdırılmasını və plana uyğun icrasına nəzarəti təmin etmək;
  • Təhkim olunduğu layihələrdə layihə xərclərinin optimallaşdırma həllərinin və hesablama üsullarının tətbiq olunmasını təmin etmək;
  • Öncədən icra olunmuş layihələrdə əldə olunmuş təcrübənin gələcəkdə daha səmərəli tətbiq olunmasını təmin etmək;
  • Layihə xərcləri daim nəzarətdə saxlamaq, kənarlaşmaları aradan qaldırmaq üçün önləyici tədbirlər görülməsi, təkliflər verilməsi və hesabat verilməsi;
  • Layihənin tələblərinə uyğun olaraq, icra olunmuş işlərin ölçülməsi və təhlili;
  • Podratçıların təqdim etdiyi əlavə işlər üzrə ehtimal qiymətlərin yoxlanılması və təhlili;
  • İddiaların təhlili, əsas səbəblərinin araşdırılması və hesabatların təqdim edilməsi;
  • İlkin, aralıq və yekun ödəniş sənədlərinin, BoQ-ların, dəyişiklik proseduru sənədlərinin, proqres hesabatlarının tərtibatı;
  • Podratçılar tərəfindən hazırlanmış xərclərlə bağlı hesabatlarının yoxlanılması;
  • Hesab-fakturaların və digər ödəniş sənədlərinin müqavilənin şərtlərinə uyğunluğunun yoxlanılması;
  • Mühəndisi dəyərləndirmə zamanı layihə komandası ilə bərabər zəruri olan işlərin icrası;
  • Podratçılar tərəfindən təqdim edilmiş maliyyə təkliflərinin yoxlanılması, təhlillərin aparılması, yekun hesabatların hazırlanması.

 

Əmək haqqı müsahibə əsasında razılaşdırılır.

 

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Xərclər üzrə mütəxəssis” qeyd etməklə şəkilli CV-nizi (əks halda belə müraciətlərə baxılmayacaq) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: