Ali təhsil (turizm və otelçiliyin idarəedilməsi arzuolunandır);
Səlis Azərbaycan, İngilis, Rus dili;
Müvafiq vəzifə üzrə təcrübə (üstünlük verilir);
Opera PMS Software, Opera Sales & Catering / Opera Sales Force Automation, Property Manager Microsoft Windows kompüter proqramlarını bilmək;
Əla yazılı və şifahi ünsiyyət vərdişlərinə sahib olmaq;
Ətrafdakılarla münasibət qurmaq və problemləri həll etmək qabiliyyətinə malik olmaq;
Son dərəcə məsuliyyətli və etibarlı olmaq;
Diqqətini qonaqların istəklərinə yönəltmək, daim sakit və təmkinli qalmağı bacarmaq;
Telefonla ünsiyyət zamanı peşəkar etiket qaydalarına riayət etmək;
Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq;
Dinamik, öyrənməyə həvəsli olmaq;
Eyni zamanda birdən çox işi idarə etmək bacarığı olmaq.
İş haqqında məlumat
Mövcud gəlirin qaydasında saxlanılmasında və otelə yeni gəlir mənbələrinin cəlb edilməsində satış şöbəsinin işçilərinə dəstək olmaq;
Aylıq, rüblük, illik satış hədəflərinin əldə edilməsinə çalışmaq;
Fəaliyyət planı hazırlamaqla, onu icra etməklə və davamlı şəkildə müvafiq tədbirlər görməklə biznesin inkişaf etdirilməsini təmin etmək;
Daxili və xarici müştərilər, sifarişçilər, qonaqlar ilə keyfiyyətli şəkildə həm yazılı, həm də şifahi ünsiyyət aparmaq, onlara cəld, həvəsli və peşəkarcasına xidmət təqdim etmək;
Sərgilərdə və əlaqədar tanıtım layihələrində iştirak etmək, tədbirlər təşkil etmək,təkliflər vermək, istiqamətləndirmək, müqavilələri tərtib və icra etmək və s. kimi satış şöbəsinin fəaliyyəti ilə bağlı işləri idarə etmək;
Otel daxilində tanışlıq turları, satışı təşviq edəcək sərgilər təşkil etmək;
Satışla bağlı hesabatların dəqiq şəkildə aparılmasını təmin etmək:
Satış müqaviləsi imzalandıqdan sonra, müqavilə üzrə davam edəcək işləri idarə etmək və bu səpkidə digər şöbələr ilə əməkdaşlıq etmək;
Qonaqlar üçün otaqlar, qonaqları qarşılama mərasimləri, Otelin tarixi və irsi, fəaliyyət növləri və yerli proqramları barədə məlumatlar daxil olmaqla, Fairmont Bakı Otelin təklif etdiyi xidmətlərlə bağlı biliklərə yiyələnmək və bu məlumatları paylaşmaq;
Mövcud sistemlərin və təlimatların təkmilləşdirilməsi yollarını axtarmaq.
Sistem və proseduraların yaxşılaşdırılmasında iştirak etmək:
Yeni biznes imkanlarını araşdırmaq, müəyyənləşdirmək, təhlil etmək və inkişaf etdirmək:
Unikal, yenilikçi və fərdi qonaq təcrübəsini təmin edərək, tədbirin icrası ilə məşğul olmaq;
Effektiv satış görüşləri və ərazi səfərlərini planlaşdırmaq və həyata keçirmək;
Etdiyi bütün satışların yazılı müqavilələrini və digər tələb olunan sənədləşməsini hazırlamaq
Fəaliyyət planlarını və maliyyə məqsədlərini hər rüb yeniləmək və bu qoyulmuş satış hədəflərinə çatmaq.
Otel və/və ya bazar şərtlərinə əsaslanaraq, mövcud tur agentlikləri ilə müqavilələri uyğunlaşdırmaq və ya yenilərini hazırlamaq üçün araşdırma aparmaq:
Fəaliyyət planının hazırlanması və icrası vasitəsilə qrup, müvəqqəti və/yaxud banket biznesini inkişaf etdirmək, sağlam biznes təcrübələri vasitəsilə beynəlxalq operatorlardan, səyahət agentlərindən və iri həcmli tur şirkətləri ilə yeni biznes imkanları əldə etmək:
Müqavilənin bütün təfərrüatlarının çatdırılmasını və qonaqların razı qalmasını təmin etmək üçün, Qida və İaşə & Ön Ofis departamentləri ilə sıx əməkdaşlıq etmək, bütün əməliyyat tədbirləri sifarişləri və qrup təlimat vərəqlərini vaxtında digər şöbələrə düzgün şəkildə çatdırmaq:
İstirahət məqsədləri üçün səyahət agentlikləri tərəfindən edilmiş rezervasiyaları, qonaq otaqları üçün olan tələbləri, qida və iaşə, audiovizual məsələləri rezervasiya günündən gediş gününə qədər tam təşkil etmək:
Ödəniş prosedurlarının təşkil etmək, istənilən deposit və/və ya kreditlərin qəbulu haqqında adekvat məlumat toplamaq və qəbul oluna biləcək müddət ərzində alındığına əmin olmaq:
Fəal olaraq satışın bütün sahələrində yeni potensial əlaqələrin axtarışı, inkişafı, və onların aktiv məhsuldar hesablara çevrilməsi üçün satış strategiyasına riayət etmək.