
- Kateqoriya: Satış
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 10867
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 25.02.2025
- Elanın bitmə tarixi: 27.03.2025
Namizədə tələblər
- Ali təhsil;
- Müştərilərlə iş sahəsində minimum 2 illik iş təcrübəsi, (Korporativ satış sahəsində iş təcrübəsi üstünlükdür)
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərinin əla səviyyədə bilməli;
- Komputer bilikləri: Word, Excel, Power point, Outlook proqramlarını mükəmməl bilməli.
Peşəkarlıq tələbləri:
- Dəqiqlik və məhsullarla düzgün işləmə bacarığı;
- Müştərini dinləmək və inandırmaq bacarığı;
- Satış texnikalarını, satış bazarının təhlilini bilmək;
- Təqdimat bacarığı;
- Problem həll etmək qabiliyyətli;
- Gömrük sahəsindən məlumatlı olmaq;
- Liderlik qabiliyyəti və emosional intellekt;
- Idarə etmə bacarıqları;
- Ünsiyyətcil, işgüzar, səlist və aydın danışıq qabiliyyətinin olması;
- Proseslərə biznes yanaşmasının olması;
- Proses idarəçiliyi bacarığı.
İş haqqında məlumat
- Korporativ və pərakəndə müştəriləri cəlb etmək, onların ehtiyaclarına uyğun xidmət paketini formalaşdırmaq;
- Korportiv müştərilərlə işi təşkil etmək, müştəri portfelini formalaşdırmaq və idarə etmək;
- Beynəlxalq və ölkədaxili satışların təşkili, müştərilərlə iş;
- Vaxtaşırı müştərilərə təqdim olunan xidmət paketini yeniləmək və onların ehtiyaclarına mütəmadi olaraq uyğunlaşdırmaq;
- Müştərilərə mərkəzin təqdim etdiyi xidmət performansını izləmək və keyfiyyəti təmin etmək;
- Müştəri loyallığını izləmək və müsbət nəticəni təmin etmək.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron poçt ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Satış mütəxəssisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. (Qeyd: Gediş-gəliş üçün nəqliyyat xidməti (servis) göstərilir.)