A

Sahə rəisi (Region)

  • Kateqoriya: Sənaye və kənd təsərrüfatı
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 5 ildən çox
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • Yaş: 30 - 45
  • İş rejimi: Tam-ştat
  • Nahar: Bəli verilir
  • Sığorta: Bəli olunur
  • Elan ID: 7947
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 18.09.2024
  • Elanın bitmə tarixi: 18.10.2024
Namizədə tələblər
  • Təhsil: İnşaat sahəsində təhsil mütləqdir;
  • Təcrübə: İnşaat mühəndisi üzrə 5 il (beton  işlərində);
  • Yaş həddi: 30-45 yaş;
İş haqqında məlumat
  • Sahənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik etmək;
  • Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək;
  • Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr,əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil etmək;
  • Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin etmək;
  • İşlərin kompleks mexanikləşdirmə səviyyəsinin yüksəldilməsi, yeni texnika və əməyin elmi təşkilinin tətbiqi, əmək məhsuldarlığının yüksəldilməsi üçün ehtiyatlardan istifadə edilməsi, tikinti-quraşdırma və buraxılmış-sazlama işlərinin dəyərinin azaldılması, materiallardan və əmək haqqı fondlarından qənaətlə istifadə edilməsi üzrə tədbirləri həyata keçirmək və əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparmaq;
  • Tikinti obyektləri üçün texniki sənədin alınmasını və saxlanmasını təmin etmək;
  • İnşaat maşınlarına, nəqliyyat, mexanizasiya vasitələrinə, materiallara, detallara, alətlərə,əşyalara sifarişlər vermək və onların səmərəli istifadəsini təmin etmək;
  • İşlərin istehsalat layihəsinə uyğun yerinə yetirilməsini təmin etmək, icra üzrə jurnal və yerinə yetirilmiş işlərin uçotu üzrə sənədləri hazırlamaq, üstü örtülü işlərə aid aktları tərtib etmək və texniki icra sənədlərini hazırlamaq;
  • İnşası başa çatmış obyektlərin, eləcədə tikililərin obyektlər üzrə ayrı-ayrı hazır mərhələ iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak etmək;
  • Tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin həcminə, əmək məhsuldarlığına nəzarət etmək, ustalara, icrası nəzərdə tutulan tapşırıqlar vermək və onların icrasına nəzarət etmək;
  • Subpodrat (xüsusiləşdirilmiş) təşkilatların gördükləri işlərə nəzarət etmək və bitmiş işləri təhvil almaq;
  • Fəhlələrin əmək mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət etmək, fərqlənən işçiləri mükafatlandırmaq, istehsalat və əmək intizamını pozanlara qarşı isə intizam töhmətlərinin verilməsi haqqında təkliflər vermək, kollektivdə tərbiyəvi iş aparmaq, fəhlələrin ixtisas artırmasını təşkil etmək.

 

İş şərtləri:  

  • İş qrafiki: Tam iş günü (6 gün);  
  • Əmək haqqı: Rəqabətə davamlı;
  • Nahar yeməyi;
  • Kirayə ev təmini;
  • Könüllü tibbi sığorta;
  • İş yeri: Region.

 

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Sahə rəisi” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: