logo

Sabit Şəbəkə Müştəri Xidmətlərinə Dəstək üzrə mühəndis

  • Kateqoriya: Informasiya texnologiyaları
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1 ildən az
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 9062
  • Elanın yerləşdirmə tarixi: 25.12.2024
  • Elanın bitmə tarixi: 24.01.2025
Namizədə tələblər
  • Ali Təhsil;
  • Telekommunikasiya və ya informasiya texnologiyaları üzrə ali təhsil üstünlükdür;
  • Hesabat və analitik, Sorğu Prosesləri, Şikayətlərin, Problemlərin idarə edilməsi, Sabit Şəbəkə,  Rollout, Sahəyə baxım, Şəbəkə Əməliyyatlar Mərkəzi, Transmissiya üzrə bilik və təcrübə;
  • Telekommunikasiya sahəsində iş təcrübəsi;
  • Şikayətlərə baxılması sahəsində təcrübəyə və müştəriyə yönəlmiş yanaşmaya sahib olmaq;
  • Azərbaycan dilini sərbəst bilmək;
  • İngilis dilini yaxşı bilmək. 
İş haqqında məlumat

İş qrafiki: Növbəli iş qrafiki 

Funksiya: Şəbəkə Texnologiyaları İdarəsi
Son müraciət tarixi: 20.01.2025

 

Şirkət haqqında:

Azerconnect NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. Azerconnect Azərbaycanın İKT sektorunda fəaliyyət göstərən şirkətlərə keyfiyyətin artırılmasına və xərclərin optimallaşdırılmasına imkan verən xidmətlər və həllər təklif edir. Azerconnect şirkəti dünyanın nüfuzlu “Top Employer Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) tərəfindən 2023 və 2024-cü illər üzrə Azərbaycanda “Ən Yaxşı İşəgötürən” şirkət sertifikatına layiq görülüb.

 

Sizin vəzifə öhdəlikləriniz:

  • CDC, Azərtelekom, MŞO-lar (Bakcell, Nar), Uninet, CityNet, ISP, FIX Şəbəkə tərəfindən və daxili komandalardan telefon, e-poçt və ya sorğu formasında daxil olan müraciətlərlə peşəkar və nəzakətli şəkildə məşğul olmaq;
  • ADSL, FO,GPON, WI-FI , Access switch DSLAM  ilə bağlı problemləri bildirmək, onları eskalasiya etmək və yeniləmək;
  • Sorğuların başlama nöqtəsindən icrasına qədər olan dövrdə bütünlüklə prosesi koordinasiya etmək, prosesin irəliləyəşi barədə müştərini məlumatlı saxlamaq;
  • Sabit Şəbəkənin nasazsız işləməsini təmin etmək və növbə zamanı abunəçilərin problemlərini həll etmək üçün Problem Biletlərinin idarə edilməsinə cavabdeh olmaq;
  • Şəbəkə və ya abunəçi tərəfində yaranan hər hansı problemlərin qeydiyyatına, bu  haqda məlumat verilməsinə və məlumatın yayılmasına görə məsuliyyət daşımaq;
  • Şəbəkədən maksimal şəkildə istifadəsi və müştəri məmnuniyyəti üçün bütün planlaşdırılmış işlərə yardım etmək və dəstək olmaq;
  • Əsas Keyfiyyət Göstəricilərinin həyəcan siqnallarına nəzarət etmək və qeyri-normal Əsas Keyfiyyət Göstəricilərini aydınlaşdırmaq;
  • Təsirə məruz qalmış xidmətləri müəyyən etmək;
  • Həll olunmuş və həllini gözləyən nasazlıq haqqında bildirişlər və açılmış məsələlər haqqında gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq;
  • Əsas məsuliyyəti istifadəçi/müştəri dəstəyi və müştəri xidmətidir. Texniki dəstəyə ehtiyacı olan müştərilər üçün əlçatan olması;
  • Rəhbərlik və birbaşa rəhbər tərəfindən təyin olunana tapşırıqların icrasına hazır olmaq. Mütəmadi statistik hesabatların tərtib olunması. 

 

Bizim dəyərlərimiz:

  • Müştəriyə xidmət edək: Öncə müştəri
  • Birlikdə hərəkət edək: Hər zaman komanda işi
  • Etibarlı davranaq: Etibarlı və şəffaf
  • Fikrimizi bildirək: Cəsarətli və çağırışçı
  • Rəqəmsal düşünək: Yaradıcı və yenilikçi

 

Biz nə təklif edirik? 

  • Rəqabətli kompensasiya
  • Performans əsasında həvəsləndirici və bonuslar
  •  Əlavə imtiyazlar
  •  Performansa əsaslanan mədəniyyət
  •  Müxtəlif təhsil və inkişaf imkanları
  •  Karyera inkişaf imkanı
  • Hibrid iş imkanı
  • Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi
  •  Innovativ məhsullar və rəqəmsallaşma
  •  Beynəlxalq təcrübə
  •  Yüksək bacarığa malik peşəkar komanda
  •  Kross-funksional əməkdaşlıq
  •  Təcrübə mübadiləsi

 

Biz bərabərliyə hörmət edən, fərqlərə dəyər verən, inklüzivliyi qiymətləndirən və aidiyyatı dəyərləndirən iş yeri mədəniyyətini inkişaf etdirməyə sadiqik.

 

Şirkətimizdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azerconnect.az səhifəsinə keçid ala bilərsiniz.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: