logo

Risklərin təhlili və hesabatlıq üzrə baş mütəxəssis

  • Kateqoriya: Maliyyə
  • Şəhər: Bakı
  • Ünvan: Suraxanı rayonu, “Xəyal Adası” (Dreamland)
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Nahar: Bəli verilir
  • Elan ID: 14169
  • Elanın yerləşdirmə tarixi: 04.07.2025
  • Elanın bitmə tarixi: 03.08.2025

Namizədə tələblər

  • Ali təhsil (İqtisadi və/və ya Texniki);
  • Müvafiq sahə üzrə minimum 2 il, bank sahəsi üzrə 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis dili biliyi arzuolunandır;
  • Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook) - Əla;
  • Bank proqramı biliklər;
  • Müvafiq sahədə sertifikatların olması üstünlükdür;
  • Məntiqi və analitik düşünmə qabiliyyəti olmalı;
  • Komandada işləmək bacarığı olmalı;
  • Problemləri həll etmək bacarığı olmalı. 
İş haqqında məlumat
  • Aidiyyəti Əməliyyat strukturlarının müraciətlərinə əsasən bankın əlaqələr qurmağı planladığı banklar və təşkilatlarla bağlı risk əsaslı təhlillər aparmaq.
  • Bankın illik kənar audit yoxlamaları üzrə məlumatların analiz edilməsi yönündə Baş Risk İnzibatçısının tapşırıqlarını yerinə yetirmək.
  • Rüblük əsasda Bankın Risk Xəritəsini hazırlamaq, təhlilini aparmaq və rəhbərliyə təqdim etmək.
  • Aylıq əsasda Bankın Likvidlik Riski təhlili hesabatını hazırlayaraq rəhbərliyə təqdim etmək.
  • Rüblük əsasda Makro İqtisadi göstəricilərin təhlilini apararaq prezentasiya hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • "Banklarda korporativ idarəetmə Standartları”nın tələbləri çərçivəsində bank üzrə məlumatların açıqlanması ilə bağlı Kredit, Likvidlik, Valyuta və Faiz riskləri üzrə təhlillərin bankın aidiyyəti strukturuna təqdim edilməsini təmin etmək.
  • Qanunvericiliyin tələblərinə əsasən Makro İqtisadi ssenarilərin təsirləri ilə bağlı stress testi hazırlayaraq nəticələrini Mərkəzi Banka təqdim etmək.
  • Rəhbərliyin tapşırığı əsasında bankdaxili sənədlərin və iş proseslərinin təhlilini aparmaq, riskli sahələri müəyyən etmək, həmçinin onların aradan qaldırılması üzrə təkliflər vermək;
  • Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq və kənarlaşmalar barədə məlumatı üst rəhbərliyinə təqdim etmək;
  • Bankın aidiyyatı struktur bölmələri ilə birgə fəaliyyət növləri üzrə risk limitlərinin hesablanması ilə bağlı departament rəhbərliyinin tapşırıqlarını yerinə yetirmək;
  • Risklərin tanınması və idarə edilməsi baxımından aidiyyəti biznes strukturlarının müraciətləri əsasında bankın fəaliyyətini əhatə edən bütün proseslərə, yeni məhsul və xidmətlərə dair araşdırma aparmaq və rəy vermək;
  • Risklərin idarə edilməsi işində bankın aidiyyatı struktur bölmələrinə metodoloji yardım göstərmək.

 

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

 

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Servis xidməti mövcuddur;
  • Nahar şirkət tərəfindən təmin edilir. 

 

İş yeri:

  • Bakı şəhəri, Suraxanı rayonu, “Xəyal Adası” (Dreamland).

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azersun.com elektron ünvanına göndərə və ya Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Risklərin təhlili və hesabatlıq üzrə baş mütəxəssis” göstərməyiniz xahiş olunur.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: