logo

QC Mühəndisi (Fit-out üzrə / Quality Control Engineer – Fit-out)

  • Kateqoriya: Sənaye və kənd təsərrüfatı
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 15198
  • Elanın yerləşdirmə tarixi: 23.10.2025
  • Elanın bitmə tarixi: 22.11.2025

Namizədə tələblər

  • Ali təhsil (İnşaat mühəndisliyi və ya memarlıq ixtisası üzrə);
  • Fit-out işləri üzrə minimum 3 il təcrübə (yaşayış və kommersiya layihələrində);
  • İnşaat materialları və bitiş işlərinin texnoloji ardıcıllığı barədə dərin biliklər;
  • Layihə oxuma, çertyoj analiz etmə və texniki hesabat hazırlama bacarığı;
  • AutoCAD, MS Office və ya Project proqramlarında işləmə bacarığı;
  • Azərbaycan və beynəlxalq tikinti standartları (SNİP, ISO və s.) haqqında biliklər;
  • Güclü analitik düşüncə, detallara diqqət, məsuliyyət və obyektivlik;
  • Komanda ilə işləmək və podratçılarla düzgün kommunikasiya qurmaq bacarığı;
  • İngilis dili biliyi üstünlükdür.
İş haqqında məlumat

Fit-out mərhələsində (ince işlər) görülən bütün tikinti işlərinin layihə sənədlərinə, texniki şərtlərə, normativ standartlara və keyfiyyət tələblərinə uyğun icrasına nəzarət etmək; işlərin texnoloji ardıcıllığını izləmək və keyfiyyəti təmin etmək.

 

Əsas vəzifə öhdəlikləri:

  • Fit-out mərhələsində (alçipan, boya, seramik, mərmər, parket, asma tavan, dekorativ işlər və s.) görülən işlərin keyfiyyətinə və texniki uyğunluğuna nəzarət etmək;
  • İşlərin layihə, çertyoj və texniki spesifikasiyalara uyğun icrasını təmin etmək;
  • Sahədə istifadə olunan materialların uyğunluğunu, sertifikat və pasportlarını yoxlamaq;
  • Tikinti proseslərində texnoloji ardıcıllığa və iş icra qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Aşkar edilən uyğunsuzluqlar barədə Non-Conformance Report (NCR) tərtib etmək və düzəlişlərin icrasını izləmək;
  • Görülən işlərin müvafiq akt və hesabatlarının hazırlanması və təsdiq üçün təqdim edilməsi;
  • Podratçılar tərəfindən görülən işlərin keyfiyyət qəbul mərhələsində iştirak etmək və nəticələri sənədləşdirmək;
  • Layihə komandası və texniki nəzarət şöbəsi ilə daxili koordinasiyanı təmin etmək;
  • İşlərin gedişi barədə gündəlik, həftəlik və aylıq keyfiyyət hesabatları hazırlamaq;
  • Tikinti sahəsində SƏTƏM (Əməyin təhlükəsizliyi və texniki təhlükəsizlik) qaydalarına əməl edilməsinə nəzarət etmək.

 

İş barədə məlumat:

  • Departament: İnşaat və Layihə İdarəetməsi
  • Layihə: Yaşayış Kompleksi / Kommersiya Tikintisi
  • İş yeri: Bakı, Azərbaycan
  • İş rejimi: Tam iş günü

 

Üstünlüklər:

  • Böyükmiqyaslı inşaat və fit-out layihələrində iş təcrübəsi;
  • ISO 9001:2015 – Quality Management System üzrə sertifikat;
  • Keyfiyyət nəzarəti üzrə beynəlxalq təlimlərdə iştirak.

 

Maraqlanan namizədlər Müraciət Et düyməsində göstərilən link üzərindən müraciətlərini göndərə bilərlər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: