- Kateqoriya: Informasiya texnologiyaları
- Şəhər: Bakı
- Ünvan: 28 May mst
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- Yaş: 22 - 32
- İş rejimi: Tam-ştat
- Elan ID: 8712
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 11.12.2024
- Elanın bitmə tarixi: 10.01.2025
Namizədə tələblər
- Proqramlaşdırma və Dizayn sahələri haqqında bilgili olmaq;
- Ali təhsil (hazırda tələbə statusunda olmamalıdır, ali təhsilini tam bitirmiş olmalıdır);
- Satış sahəsində ən azı 1 il iş təcrübəsi;
- Yaş aralığı: 22-32.
Texniki biliklər:
- Sahə ilə bağlı nəzəri və praktiki biliklərə sahib olmaq və onları effektiv şəkildə istifadə etmək;
- Rəqəmsal alətlərdən və proqram təminatlarından səlis istifadə bacarığı;
- MS Office proqramları və CRM sistemləri ilə işləmə bacarığı;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
- Rus və İngilis dillərində ünsiyyət bacarığı üstünlükdür.
Bacarıq və Səriştələr:
- Ünsiyyət və təqdimat bacarığı;
- Müştəri yönümlü yanaşma və inandırma qabiliyyəti;
- Yaradıcı düşüncə və problemləri həll etmə bacarığı;
- Motivasiya etmə və komanda ilə işləmə qabiliyyəti.
İş haqqında məlumat
- Evo Academy-də tədris ilə maraqlanan namizədlərlə və ya onların valideynləri ilə görüşlər keçirmək;
- Namizədlərin təhsil ehtiyaclarını analiz edərək onları uyğun tədris proqramlarına yönləndirmək;
- Namizədləri Akademiyada tədris şərtləri ilə tanış etmək və yeniliklər haqqında məlumat vermək;
- Namizədlərin tədrisə qeydiyyat proseslərini icra etmək;
- Namizədlərin tədrisdən xitam proseslərini idarə etmək;
- Müqavilələr və xitamlarla bağlı gündəlik və aylıq hesabatlar hazırlamaq.
Şərtlər:
- 28 May mst. yaxınlığında əla şəraitli ofis;
- Mehriban iş mühiti;
- İş qrafiki: 13:00-21:00 (həftənin 1-6 günləri);.
Uyğun namizədlər öz CV-lərini “Proqram Məsləhətçisi” başlığı altında e-mail ünvanına göndərə bilər.