- Kateqoriya: Satış
- Şəhər: Bakı
- İş təcrübəsi: 5 ildən çox
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 16478
- Elanın yerləşdirmə tarixi: 25.02.2026
- Elanın bitmə tarixi: 27.03.2026
Namizədə tələblər
- Ali təhsil (Biznesin təşkili, idarəetmə və ya oxşar sahələr üzrə təhsil arzuolunandır)
- Maliyyə, investisiya və ya bankçılıq sahəsində minimum 5 il iş təcrübəsi
- İngilis və rus dillərində işgüzar səviyyədə bilik
- MS Excel, MS Word və PowerPoint proqramları ilə işləmə bacarığı
- Komanda ilə effektiv işləmə və düzgün idarəetmə bacarığı
- Müasir bazar trendləri və sektor yenilikləri barədə məlumatlılıq
- Güclü analitik düşünmə və problemləri həll etmə bacarığı
- Hədəfyönümlü, təşəbbüskar və nəticəyə fokuslanan yanaşma
- Güclü kommunikasiya bacarıqları
İş haqqında məlumat
PAŞA Kapital yerli və beynəlxalq maliyyə bazarlarına geniş çıxış imkanları yaratmaqla tərəfdaşlarına ən yaxşı müştəri təcrübəsi təqdim edən ölkənin lider investisiya şirkətidir.
Marja Ticarəti üzrə Şöbə Müdiri investisiya şirkətinin fiziki şəxslər üçün təqdim etdiyi marja ticarəti məhsul və xidmətlərinin inkişafı, satışı və müştəri dəstəyinin effektiv idarə edilməsinə cavabdehdir. Vəzifə pərakəndə satış strategiyasının formalaşdırılması, müştəri bazasının genişləndirilməsi, komandanın idarə olunması və risk, komplayens tələblərinə uyğun fəaliyyətin təmin edilməsini əhatə edir.
Vəzifə öhdəlikləri:
- Marja ticarəti üzrə biznes strategiyasının hazırlanması və icrası
- Pərakəndə müştəri bazasının genişləndirilməsi və böyümə imkanlarının müəyyən edilməsi
- Komandaya rəhbərlik, mentorluq və motivasiyanın təmin edilməsi
- Fiziki şəxs müştərilərin cəlb edilməsi üzrə satış prosesinə və konversiya göstəricilərinə nəzarət
- Marja ticarəti məhsullarının inkişafı və tətbiqi üçün məhsul komandası ilə əməkdaşlıq
- Bazar trendlərinin və rəqib mühitinin təhlili
- Müştəri məmnuniyyətinin artırılması, sorğu və şikayətlərin operativ həlli
- Risklərin idarə edilməsi, ƏL/TMM (AML/CFT) tələblərinə və daxili prosedurlara əməl olunmasının təmin edilməsi
- Audit, komplayens və daxili nəzarət tələblərinə uyğun fəaliyyət
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
PRİME Accessories Mağazalar Şəbəkəsi
Təlim və satış personalının inkişafı üzrə menecer
Maaş: Müsahibə əsasında
16.02.2026
Bakı
77
Unibank
VIP Müştəri Xidmətləri üzrə kiçik mütəxəssis
Maaş: Müsahibə əsasında
13.02.2026
Bakı
83
Bakinity Distribution MMC
Satış üzrə Baş Mütəxəssis (İT üzrə korporativ satış)
Maaş: Müsahibə əsasında
02.03.2026
Bakı
29
ELIT.EO
Satış məsləhətçisi (Xırdalan fillialı)
Maaş: Müsahibə əsasında
24.02.2026
Xırdalan
72
Azmerika
Satış nümayəndəsi
Maaş: 1500 - 2500 AZN
23.02.2026
Bakı
109
Caspian Equipment Company
Satış nümayəndəsi
Maaş: 637 AZN
20.02.2026
Bakı
116