PASHA Capital
- Əlaqə nömrəsi: +994 12 493 33 66
- E-poçt: [email protected]
- Vebsayt: www.pashacapital.az
- Ünvan: Caspian Plaza, Cəfər Cabbarlı küçəsi, 44, Bakı AZ1065, Azərbaycan
Şirkət haqqında
PAŞA Kapital İnvestisiya Şirkəti 2012-ci ilin iyun ayında yaradılmış və 2021-ci ilin ilk doqquz ayında Bakı Fond Birjasında əməliyyat dövriyyəsini təqribən 10.2 milyard manata çatdırmaqla bu göstəriciyə görə ölkənin ən iri investisiya şirkətinə çevrilmişdir. Şirkət, müştərilərə vasitəçilik, anderraytinq, marja ticarəti və digər investisiya xidmətləri təklif edir. Qeyd edək ki, şirkət “CBONDS” beynəlxalq maliyyə agentliyi tərəfindən “İlin ən uğurlu ilkin bazar yerləşdirməsi” mükafatına layiq görülmüşdür.
Şirkət, 2013-cü ildə “EMEA Finance” jurnalının yekunlarına əsasən “Europe Banking Awards 2013” çərçivəsində “Azərbaycanda ən yaxşı broker” nominasiyası üzrə mükafata layiq görülüb. Əlavə olaraq, şirkət “Cbonds Awards CIS 2019” tərəfindən “İlin Ən Yaxşı İnvestisiya Şirkəti” və 2021-ci ildə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Azərbaycanın ən yaxşı ilkin istiqraz yerləşdirilməsi” nominasiyası üzrə təltif olunub.
Azərbaycanın investisiya bazarında öz lider mövqeyini qoruyan PAŞA Kapital şirkəti 2021-ci il fəaliyyətinə əsasən “International Finance” maliyyə dərgisi tərəfindən “Azərbaycanın Ən Yaxşı Broker Şirkəti” və “Azərbaycanın Ən Sürətli İnkişaf Edən Broker Şirkəti” mükafatlarına layiq görülüb.
Şirkət, Bakı Fond Birjasının və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının aparıcı üzvlərindən biridir.
2019-cu ildə 8,07 milyard manat, 2020-ci ildə 10,9 milyard manat, 2021-ci ildə 13,4 milyard manat dəyərində əməliyyat dövriyyələrinə əsasən qeyd olunan illər üzrə Bakı Fond Birjasının ən böyük üzvü olmuşdur.