• Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • Ünvan: Ziya Bünyadov 1965
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: 554 - 637 AZN
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 7413
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 26.07.2024
  • Elanın bitmə tarixi: 25.08.2024
Namizədə tələblər
  • Ali təhsil;
  • Ofis meneceri kimi 1+ il iş təcrübəsi;
  • Sənədlərlə işləmə bacarığı;
  • Kargüzarlıq və uçot təcrübəsi.
İş haqqında məlumat
  •  Əməkdaşları tələb olunan mal-material, inventar və ofis ləvazimatı ilə təmin etmək;
  •  Əməkdaşlardan daxil olan ofis ləvazimatlar, mebel və s. ofis avadanlığı sifarişlərini    qəbul etmək və qruplaşdırmaq;
  •  Daxil olan sifarişlərlə bağlı ehtiyacı araşdırmaq və inzibati və təşkilati işlər üzrə menecerə bildirmək;
  •  Toplanmış və qruplaşdırılmış sifarişləri müəyyən intervallarla müəssisə rəhbərinə təsdiqlədərək daxili satınalma strukturuna təqdim etmək;
  •  Ofislərdəki maddi qiymətlilərin təmizliyinə və saz vəziyyətdə saxlanmasına nəzarət etmək;
  •  Tələb olunduqda ofis avadanlıqlarının təmirini və yenilənməsini təmin etmək;
  •  3 ayda 1 dəfədən az olmayaraq ofislərdəki inventarlar və digər əsas vəsaitləri, mal-material və qiymətliləri, həmçinin ada təhkim olunmuş maddi vəsaitləri siyahıya almaq, siyahı üzrə yoxlamaq və hesabatını 2 gün ərzində mühasibatlıq strukturuna təqdim etmək;
  •  Tələb olunan mal-material və qiymətlilər satınalındıqdan sonra onların qəbulunu, uçotunu, saxlanılmasını və təhvil verilməsini təmin etmək;
  •  Kommunal xərclərə və dəftərxana xərclərinə nəzarət etmək və xərclərlə bağlı mühasibatlığı məlumatlandırmaq;
  •  Ofislərdəki sərf mallarının və ərzaqların istifadəsinə nəzarət etmək və xərclərlə bağlı mühasibatlıq strukturunu məlumatlandırmaq;
  •  Yararsız vəziyyətə gələn mal-materialların və sərfiyyat mallarının prosedura uyğun silinməsi üçün addımlar atmaq;
  •  İnzibati binanın, sanitar qovşağı və s. kommunal sistemlərin cari təmirə olan ehtiyaclarını müəyyən etmək;
  •  Sanitar qovşağının və digər kommunal sistemlərinin saz vəziyyətdə saxlanılmasına nəzarət etmək;
  •  Ehtiyac olduqda təmir və baxım üçün müvafiq mütəxəssisləri cəlb etmək, tələb olunan təmir materiallarının sifarişini hazırlayaraq təchizat strukturuna təqdim etmək;
  •  Qonaqlar üçün ərzaq təminatı, habelə əməkdaşlar üçün nəzərdə tutulmuş su, çay və s. ərzaq mallarının təyin edilmiş limit çərçivəsində həftəlik alışını icra etmək;
  •  Daxili qaydalara əsasən kargüzarlıq işlərini həyata keçirmək, habelə ofislər arası və digər müəssisələrə bağlama və sənədləri göndərmək, uçotunu aparmaq, gələn sənədləri qəbul etmək və uçotunu aparmaq;
  •  Daxili qaydalara əsasən gələn telefon zənglərinə cavab vermək və yönləndirmək;
  •  İş səyahəti edən əməkdaşlar üçün korporativ taksi, daxili kuryer sifarişi vermək, nəqliyyat biletlərini almaq.

 

İş şərtlərimiz:

  • Əmək haqqı: 554-637 AZN;
  • İş qrafiki : Həftə içi 5 gün;
  • İş saatları: 08:30-17:30;
  • Ünvan: Ziya Bünyadov 1965, ‘’Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: